Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

BÖYÜK TURABOV

Şamil Süleymanov: “Biz düşünürdük, görəsən onun yanında dura bilərikmi?”

Dosye: Həsənağa Turabov 1938-ci il aprelin 24-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. Həsənağa Turabov 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr edən bu məşhur aktyorun teatr və kino tariximizdə silinməz izləri var. O, klassik və müasir aktyor sənəti ənənələrindən bəhrələnərək öz yolunu, öz məktəbini yaradib. Unudulmaz aktyor 23 fevral 2003-cü ildə 64 yaşında dünyasını dəyişib.

...Yaşıdlarından fitri istedadı, biliyi və dəcəlliyi ilə seçilən Həsən 18 saylı məktəbi bitirəndən sonra həyatını tamamilə sənətə bağlamaq qərarına gəlir. İcəsənət İnstitutuna daxil olan sənətkar 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurur. Bir dəfə əməkdar artist Elxan Qasımovla H.Turabov haqqında söhbət edirdik: “Həsən teatra yeni gələndə Ədil İsgəndərov teatrın rəhbəri işləyirdi. Bir gün Ədil müəllim Həsəni yanına çağıraraq deyir ki, sənin danışıq tərzin, intonasiyanç səsin teatrın digər aktyorları kimi deyilç sen onlar kimi danışmırsan. Gənc Həsən “çalışaram onlara uyğunlaşdırım” deyəndə, Ədil müəllim yoxç mən istəyirəm onlar da sənin kimi danışsın deyə bildirb”. Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilib. Gözəl diksiyası, səhnə hərəkətləri, obrazı özününküləşdirmək qabiliyyəti onu sevdirmişdi. Azərbaycan kinematoqrafiyasının inkişafında da H. Turabovun xidmətləri böyükdür. Elə Gəray bəy obrazı yetər ki, onun böyük aktyorluğundan ağız dolusu danışasan.

Aktyor Şamil Süleymanov böyük ustadı haqqında xatirələrini bizimlə bölüşdü: “Dünyada adamlar var ki, onlar haqında danışmaq çox asandı. Həsən Turabov da o insanlardandı. Biz insanlarda belə bir xasiyyət var ki, biri dünyasın dəyişəndən sonra ya bu dünyanın qorxusundan, ya da o dünyanın qorxusundan öləni tərifləyirik. Söhbət Turabovun sənətindən gedirsə, tərifə layiq və böyük sənətkar olub. Onun necə insan, sənətkar olması haqda danışmaq mənə düşməz əslində. Ona görə ki, o, həm yaşda, həmdə başda məndən xeyli üstün idi. Bizim yaşda aktiyorlar Həsən Turabovla çox eytiyatla dolanardıq. Çünki sözün əsil mənasında özünə və tərəf müqabillinə qarşı çox ciddi adam idi. Onun çox əzəmətli yerişi var idi. Tamaşaçılara elə gəlir ki, kinostudiya paviliyonlardan ibarətdi. Yox, o uzun – uzun dəhlizlərdən ibarətdir. Turabava bizim kimi adamlar həsrətlə baxa bilərdi. Görəsən biz onun yanında dura bilərikmi? Taleh elə gətirdi ki, Həsən müəllimlə “Qızıl uçurum“ filimində çəkildim. Turabovla eyni filmə çəkildiyim üçün özümə aludə olmuşdum. Turabovun oyununa diqqətlə baxırdım. Əsl sənət adamları gecə yatmamasını səhər qaşqabaqlı olmasından bildirir. O da çox vaxt belə olurdu. Buna baxmayaraq, qızmar günəş altında bərk işə girişərdi, ora-bura var-gəl edərdi. “Qızıl uçurum” filminin çəkilişində onunla bağlı maraqlı qəribə hadisələr olurdu. Onun vahiməsi var idi. O vahimə digər vahimələrdən deyildi. Həmin vahimədən nə isə öyrənirdim. Bir də ki, yadımda qalan Turabovun ədəbiyyatı sevməyi idi. Peşəkarcasına redaktə etməyi seviərdi. Turabov Ramiz Rövşənlə üzbəüz oturub şahmat oynamağı çox sevirdi. Ən çox sevdiyi an əlini başına qoymağı idi. Çox qəribə baxışları var idi. Sizə deyim ki, o, çox xoşbəxt adam idi. Yaratdığı obrazlar kefli İsgəndər, Gəray bəy, Afşin, Qaçaq Nəbi unudulmazlardandır. Həsən Turabov xalq artisti yox, xalqının artisti idi. O, kücə ilə gedəndə ona başqa gözlə baxırdılar. Bəli bu Turabovdu-canlı korifey. Özü də bilirdi ki, canlı korifeydi. Aktiyorluğa birləşən nə sənət vardısa, onları peşəkarcasına bilirdi. Amma özü heç vaxt deməzdi ki, mən bunu yaxşı bilirəm, mən nə isə edirəm, mənim bundan xəbərim var. Onun oturuşu, duruşu xanlarda, bəylərdə olduğu kimi idi. Həmişə düşünürdük ki, dünyada belə bir şey yoxdur ki, onu Turabov bilmir. Məncə əsil sənətkar belə olmalıdı”.

Sevinc Vəliyeva -“Simsar” jurnalı






26 Oktyabr, 2011  19:06 Baxılıb: 1822 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner