Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

PREZİDENTİN MƏMMƏD ARAZLA BAĞLI SƏRƏNCAMINA ƏMƏL OLUNMUR

Bu gün böyük şairin doğum günüdür

Bu gün Azərbaycanın böyük şairi Məmməd Arazın doğum günüdür. O, 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub.

Məmməd Arazın şeirləri əbədiyyət qazanıb. Böyük şairin 50 il öncə oxuduğumuz şeirləri 50 il sonra da aktuallığını itirmir. Təsadüfü deyil ki, tədqiqatçılar Məmməd Araz poeziyasının araşdırılmasına həmişə ehtiyac olduğunu deyirlər.

Böyük şairin əməyi Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilib. Keçən il prezident İlham Əliyevin sərəncamı ilə Məmməd Arazın adına küçə verilməsi və yaşadığı binaya baralefin qoyulması təsdiqini tapıb. Təəssüf ki, hələ bu sərəncama əməl olunmur.

Şairin qızı, “Ədalət” qəzetinin baş redaktoru, publisist, yazıçı İradə Tuncay Simsar.az-a açıqlamasında deyir ki, Məmməd Arazın adına küçə və baralefin qoyulması ilə bağlı prezident iki dəfə sərəncam imzalasa da, hələ məsələ öz həllini tapmayıb: “Başa düşə bilmirəm ki, niyə belə olur...Hətta şairin adının hansı küçəyə veriləcəyi və baralefinin hansı binaya vurulacağını da bilmirəm. Bir neçə dəfə bu işin üstünə düşsəm də nəticəsiz qalıb”.

Hər ilin bu günü ailə üzvləri, doğmaları, yaxın dostları Fəxri Xiyabana gedərək, böyük şairin qəbrini ziyarət edir. Amma bu ziyarətlərdə adamların sayının az olması, Yazıçılar Birliyi rəhbərliyinin iştirak etməməsi də diqqətdən qaçmır. Niyə belə olduğunu İ. Tuncaydan soruşuruq. İradə xanım deyir ki, məlum günlərdə Məmməd Arazın ziyarətinə az sayda adamların toplaşmasını faciə hesab etmək lazım deyil: “ Məmməd Araz Azərbaycanın böyük şairidir. Adamlar onu sevir. Əsas xalqın ürəyində yaşamaqdır. Kim ki, şairi sevir, mütləq gəlib ziyarət edir. Bu gün də Məmməd Arazın doğum günüdür. Həmişə olduğu kimi, ailə üzvləri, ən yaxın kəslər onu ziyarətə gəlir. Biz bu günlə bağlı elan vermirik. Kim istəyir onlar da gəlir”.

Biz də fəxr edirik ki, Azərbaycanın Məmməd Araz kimi şairi var.


Aynurə Həsənova






14 Oktyabr, 2011  15:27 Baxılıb: 1646 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner