Son beş gündə dinc şəraitdə Ermənistanda üç əsgər ölüb
Ermənistanın Tavuş rayonunda yerləşən İcevan hərbi hissəsində 21 yaşlı sıravi əsgər Aram Aşotoviç Melkonyan ölüb. ANS PRESS-in “Armenia Today”a istinadən verdiyi məlumata görə, Aram Melkonən İrəvan sakinidir. O, 2011-ci ilin qıhında orduya çağırılıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi David Karapetyan əsgərin öldüyünü təsdiqləsə də, təfərrüatlarla bağlı məlumat verməyib. Əsgərin nədən öldüyü məlum deyil.
Qeyd edək ki, son beş gündə dinc şəraitdə üç erməni əsgər ölüb.