Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Məmmədyarov argentinalı diplomatla Qarabağdan danışıb

Xarici işlər naziri Argentinanın xarici işlər üzrə katibinin müavini ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Argentinanın xarici işlər üzrə katibinin müavini xanım Norma Nasimbene de Dümontla görüş keçirib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan - Argentina münasibətləri, iki ölkə arasında mövcud olan müqavilə-hüquq bazasının vəziyyəti müzakirə edilib və bunun genişləndirilməsinin vacibliyi qeyd olunub. Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, qarşılıqlı səfərlərin ölkələrarası münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığını bildiriblər.

Nazir Elmar Məmmədyarov həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqların hazırkı durumuna dair məlumat verib.

Həmçinin görüş zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.






13 Oktyabr, 2011  23:36 Baxılıb: 931 Çap

Bu bölmədə


XƏBƏR LENTİ









10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


sagbanner