Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıda Tahir Salahovun ev-muzeyi yaradılacaq

Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev Tahir Salahovun ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinə Tahir Salahovun özünün rəsm əsərlərindən ibarət kolleksiyasını və şəxsi arxivini Azərbaycan dövlətinə bağışlaması təklifi nəzərə alınmaqla, iki ay müddətində Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi, 55/3-cü İlyas Əfəndiyev döngəsi, 1 ünvanında Tahir Salahovun ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Teymur oğlu Salahov milli sənət xəzinəsinin qızıl fonduna daxil olan əsərləri ilə Azərbaycan mədəniyyəti tarixində yeni parlaq səhifə açıb. Onun dünyanın mötəbər muzeylərində və qalereyalarında saxlanılan, müxtəlif sərgilərdə nümayiş etdirilən tabloları çoxəsrlik ənənələrə malik Azərbaycan incəsənətinin şöhrətini yüksəklərə qaldırıb.

Tahir Salahovun öz yaradıcılığının bütün qiymətli nümunələrini və arxivini dövlətə təmənnasız hədiyyə etmək arzusu ömrünü milli mədəniyyətin zənginləşməsinə həsr etmiş böyük bir sənətkar tərəfindən atılan müdrik addım kimi dəyərləndirilməlidir.






13 Oktyabr, 2011  23:36 Baxılıb: 1130 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner