Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir taksi sürücülərinə xəbərdarlıq etdi

Ziya Məmmədov: “Bütün küçələr bizim nəzarətimizdə olacaq”

Bu ilin dekabrında Bakıda nəqliyyatın intellektual idarəetmə sistemi istifadəyə veriləcək.
Simsar.az saytının məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında deyib. Z.Məmmədov bildirib ki, bu, paytaxtda nəqliyyatın hərəkətinin pik vaxtında hərəkətin idarə olunmasına, yaşıl zolaqlar barədə məlumatın sürücülərə çatdırılmasına imkan verəcək: “Bir ay sonra Bakının hansı küçəsində getsəniz, bizim nəzarətimizdə olacaq. Beyin mərkəzi rolunu oynayacaq qurğu ABŞ-dan gətirilib və yalnız NATO-nun icazəsi ilə satılır. Yəni qurğudan başqa məqsədlə istifadə olunmayacağına təminat verilib. Qurğu məlumatları uzun müddət yaddaşda saxlamaq imkanına malikdir. Ona görə də indidən deyirəm ki, heç kimin hərəkəti, işi gizli qalmayacaq”.

Z.Məmmədov açıqlamasında taksi sürücülərinin fəaliyyətinə də toxunub. Nazir deyib ki, kimsə başqa yolla taksi fəaliyyəti ilə məşğul olacaqsa, aktlaşdırılacaq və müvafiq orqanlara təqdim olunacaq: “Taksi fəaliyyəti və yük daşımaqla bağlı Nəqliyyat Nazirliyindən lisenziya almaq lazımdır. Bu, dövlətin qanununda əksini tapıb. Mən bir daha taksi fəaliyyəti ilə məşğul olanlara xəbərdarlıq edirəm. Qanundan kənar hallarla sərt mübarizə aparılacaq. Yeni gətirilən taksilərdən götürərək və taksi fəaliyyəti üçün lisenziya alaraq taksi fəaliyyəti ilə məşğul ola bilərlər”.






13 Oktyabr, 2011  18:30 Baxılıb: 1266 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner