Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dəmiryolçuların peşə bayramı keçirilir

Azərbaycanda dəmir yolları 1880-ci ildə inşa olunub

Bu gün dəmiryolçuların peşə bayramıdır. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov və cəmiyyətin işçiləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.

Peşə bayramı münasibətilə Azərbaycan Dövlət Dəmir Yolunda (ADDY) tədbir keçirilib. Simsar.az-ın məlumatına görə tədbirdə çıxış edən ADDY-nin baş mühəndisi Qurban Nəzirov regionda Bakı-Tiflis-Qars və Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələrin reallaşdırılması istiqamətində işlərə başlandığını bildirib. Tədbirdə dəmiryolçular görülən işlərdən danışıb, ayrı-ayrı struktur rəhbərlərinin hesabatları dinlənilib. Dəmiryolçuların peşə bayramı münasibəti ilə Gəncədə də tədbir keçirilib.

13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı günü Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən 2005-ci ildən qeyd olunur.
Azərbaycanda ilk dəmir yolunun inşasına 1878-ci ildə başlanıb və 1880-cı ildə sonra rəsmi açılışı olub. Dünyada ilk dəfə neft bu yolla çən vaqonları ilə daşınıb. Hazırda ölkədə dəmir yollarının uzunluğu 2 944 km, istismar uzunluğu isə 2 122 km-dir. Dəmir yolu xəttinin 1 277,1 km-i (60%) elektrikləşdirilib.

Simsar.az






13 Oktyabr, 2011  15:57 Baxılıb: 2453 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner