Dünyanın ən güclü superkompüteri hazırlanacaq
Superkompüterlər istehsalçısı “Cray” şirkəti ABŞ Energetika Nazirliyinin strukturuna daxil olan “Okric” laboratoriyası ilə superkompüterin hazırlanmasına dair müqavilə imzalayıb.
Simsar.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sifariş edilən qurğunun dəyəri 97 milyon dollardan çoxdur, tam komplektləşdirilmədən sonra onun gücü 20 petaflop/saniyəyə (saniyədə 20 kvadrilyon əməliyyat) çatacaq.
Yeni sistem “Titan” adlandırılıb və onun hazırlanmasının 2012-ci ildə başa çatdırılması nəzərdə tutulur. “Okric” laboratoriyasının fizikləri yeni sistemdə nüvə prosessorları və partlayışların modelləşdirilməsini, yeni nanomaterialların layihələşdirilməsini və qurğunun digər sahələrdə tətbiqini planlaşdırırlar.
Hazırda ABŞ ərazisində ən güclü superkompüter “Cray” şirkətinin istehsalı olan “Jaguar” sistemi hesab edilir, lakin yalnız mərkəzi prosessorlar bazasında hazırlanan qurğu 2,33 petaflop/saniyə gücə malikdir. “Jaguar” superkompüterindən fərqli olaraq, “Titan” həm mərkəzi “x86” çiplər, həm də “Nvidia Tesla” qrafik prosessorlar bazasında işləyəcək.
Qeyd edək ki, “Titan” ilə paralel olaraq IBM korporasiyası da 20 petaflop həcmli “IBM Sequoia” superkompüterini hazırlayır və onun istehsalının gələn il başa çatdırılması planlaşdırılır. Hazırda dünyada ən güclü superkompüter Yaponiyada istifadəyə verilən 8 petaflop/saniyə gücə malik “K Computer” kompleksi sayılır.