Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yaxın iki gündə ölkə ərazisində temperatur düşəcək

Bölgələrdə leysan olacağı gözlənilir

Oktyabrın 13-də qərb rayonlarından başlayaraq, 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi gözlənilir. Ölkənin bəzi rayonlarında leysan xarakterli intensiv olacağı, qərb rayonlarına dolu düşəcəyi ehtimalı var.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Simsar.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 13-də şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılıb. Cənub küləyinin şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Oktyabrın 14-də axşam saatlarında küləyin mülayimləşəcəyi proqnozlaşdırılıb.

Eyni zamanda paytaxtda və yarımadada oktyabrın 14-də temperaturun 3-5 dərəcə aşağı enəcəyi gözlənilir. Qərb küləyinin ayın 13-dən 14-nə keçən gecə və 15-də arabir güclənəcəyi proqnozlaşdırılıb.

Sabah gündüz Bakıda 24-29, axşama yaxın 22 dərəcə istilik müşahidə olunacaq. Oktyabrın 14-də isə temperatur 17-22 dərəcə təşkil edəcək.

Bölgələrdə oktyabrın 13-də yağış yağacağı, bəzi yerlərdə qərb küləyi arabir güclənəcəyi proqnozlaşdırılıb. Həmin gün Mərkəzi Aranda 25-30 dərəcə, dağlıq rayonlarda 19-24 dərəcə temperatur olacaq. 14-də yağış gündüz tədricən kəsiləcək, temperatur Mərkəzi Aranda 19-24 dağlarda 15-20 təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında atmosfer tərəddüdləri, temperaturun qalxıb-düşməsi cənub küləyinin şimal-qərb küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti olduğu bildirilir.






12 Oktyabr, 2011  23:50 Baxılıb: 882 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner