Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qadınlar müstəqilliyimizi müzakirə etdi

Onlar bu yolda mübarizə aparmış insanlara qarşı təzyiqlərə son qoyulmasını barədə bəyanat yaydılar

Bu gün Azərbaycan Milli Istiqlal Partiyasının müvəqqəti qərargahında partiyanın Qadınlar Təşkilatının təşəbbüsü ilə müstəqilliyimizin 20 illiyinə həsr olunmuş “Müstəqilliyimizin qazanılmasında qadınların yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi Masanı giriş sözü ilə açan AMİP Siyasi Şuranın üzvü Aminə Vəliyeva Azərbaycanda başlanan milli azadlıq hərakatında və xalqımızın yenidən müstəqilliyyə qovuşmasında qadınların müstəsna xidmətlərindən danışıb: “Azərbaycanda istər xalq hərakatı dövründə, istərsə də digər proseslərdə fəal iştirak edən qadınlar həmişə mübarizənin önündə olublar. Lakin təəssüflər olsun ki, onların bu fədakarlıqları sonradan hakimiyyət tərəfindən qiymətləndirilmədi. Buna baxmayaraq, biz qadınlar heç də ruhdan düşməyərək, Azərbaycanın parlaq gələcəyi üçün üzərimizə düşən vəzifəni daşımaqdayıq. Meydan hərakatı on minlərlə qadını daha da mətinləşdirdi və bir-biri ilə doğmalaşdırdı”.

“Sovet imperiyasının süquta uğramasında və müstəqil dövlətlərin yaradılmasında başlıca rollardan birini qadınların və gənclərin oynadığını”- söyləyən, AMİP Siyasi Şuranın üzvü Ceyran Ənsər qadınların bütün cəmiyyətlərin aynası olduğunu dedi: “Hansı cəmiyyətdə qadın özünü xoşbəxt sayırsa, firavan yaşayırsa, o cəmiyyət xoşbəxt və firavan cəmiyyətdir. Eyni zamanda dövlətin dayanıqlı və sabit mövcudluğunda qadınların təsiri kifayət qədərdir. Təsadüfi deyil ki, bütün hakimiyyətlərin ən çox çəkindiyi amillərdən biri də qadınlar və gənclərdir. Məhz buna görə də Azərbaycan hakimiyyəti qadınların dövlətin idarə edilməsində və ictimai aktivlik göstərmələrində maraqlı deyil. Nəzərə almaq lazımdır ki, qadınlar daha çalışqan, həssas olurlar.


Milli Mədəniyyəti Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova bildirdi ki, bir qism insan meydanlara öz yaşayışlarını yaxşılaşdırmaq üçün gəliblər: “Digər qismi isə şüurlu şəkildə müstəqil, azad Azərbaycanı görmək niyyətində olub. Lakin hər iki qismin istəkləri elə istək olaraq da qaldı. Doğrudur, dövlət olaraq müstəqillik qazandıq, ancaq cəmiyyət müstəqilliyini və azadlığını bütünlüklə əldə edə bilmədi”.

Müsavat Partiyasının təmsilçisi Sevil Hüseynova müstəqilliyimizin qazanılmasının tarixinə qısa ekskurs edərək bu mərhələyə gəlib çatana qədər qadınların keçdiyi uzun mücadilə yolundan danışdı və qeyd etdi ki istiqlalımız uğrunda çəkinmədən çalışanların bu gün unudulması, diqqətdən kənar qalması və onlara qiymət verilməməsi narahatlıq doğurmaya bilməz.

İctimai Palatanın üzvü Yeganə Əmiraslanova isə 18 oktyabrda müstəqilliyimizin elan edilməsinin təkcə Azərbaycan üçün deyil, ümumilikdə dünyada yaşayan 40 milyona yaxın azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq qeyd etdi ki, hər bir millətin tarixində şərəfli səhifələr var: “Azərbaycan qadını millətimizin və xalqımızın tarixinə qızıl hərflərlə həkk olunmuş bu şərəfli tarixdə böyük yer tutur”.

Tədbirdə iştirak edən QAT Idarə Heyətinin üzvləri Fəridə Əsgərova, Arzu Qasımova, KXCP sədrinin müavini Nərgiz Nağıyeva, Azəri Türk Qadınlar Birliyinin sədr müavini Adilə Məmmədli, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva , hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Mirvari Qəhrəmanlı, AMİP MŞ üzvləri Nüşabə Bədəlzadə, Sənubər İsayeva, Suqra Nəcəfova və başqaları müstəqilliyimizin qazanılmasında qadınların rolu haqqında fikirlərini bölüşdülər.

Tədbirin sonunda iştirakşılar məhbəsdə olan istiqlalçı deputat Arif Hacılının və digər siyasi məhbusların azadlığa buraxılması ilə bağlı bəyanat qəbul ediblər.






12 Oktyabr, 2011  22:24 Baxılıb: 1128 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner