Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ramiz Mehdiyev Nobel mükafatçısı ilə görüşdü

Əhməd Zeynal prezidentin çıxışını yüksək qiymətləndirib

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev bu gün ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun Fiziki Biologiya Mərkəzinin direktoru, kimya üzrə Nobel mükafatı laureatı, kimya və fizika elmləri üzrə professor Əhməd Zevayl ilə görüşüb.

SalamNews AzərTAc-a istinadən xəbər verir ki, Nobel mükafatı laureatı, professor Əhməd Zevayl Azərbaycana səfərindən və Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsindən məmnun olduğunu bildirib.

Əhməd Zevayl Azərbaycan Prezidenti İlham Əliyevin həmin Forumdakı nitqini, xüsusən dövlət başçısının elmin və təhsilin inkişafı haqqında fikirlərini yüksək qiymətləndirib. Əhməd Zevayl Azərbaycanda gedən inkişaf prosesinin ona böyük təsir bağışladığını qeyd edib.

R.Mehdiyev alimin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə ona minnətdarlığını bildirib. O, belə tədbirlərin beynəlxalq əməkdaşlıq və qarşılıqlı anlaşma baxımından əhəmiyyətini söyləyib.

Müstəqilliyin 20 ili ərzində Azərbaycanda qazanılmış uğurlar haqqında söhbət açan akademik Ramiz Mehdiyev dövlətimizin ölkədə elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.






12 Oktyabr, 2011  20:29 Baxılıb: 1110 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner