Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Uşaqlar övladlığa necə verilsin?

Qaydalar hazırlanır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Mövsümova çərşənbə günü Trend-ə bildirib ki, "Uşaqların övladlığa verilməsi və onların sonrakı həyat şəraiti, tərbiyəsinə nəzarətin həyata keçirilməsi haqqında" Qaydalar hazırlanır.

Qaydalar Azərbaycan vətəndaşı olan uşağın daxili övladlığa götürülməsi, Azərbaycan vətəndaşı olan uşağın Azərbaycandan kənarda yaşayan Azərbaycan vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayanlar tərəfindən övladlığa götürülməsi və övladlığa verilən uşaqların sonrakı həyat şəraiti, tərbiyəsinə nəzarətin həyata keçirilməsi prosesini tənzimləyəcək.

Sektor müdiri bildirib ki, övladlığa verilmə prosesi "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Haaqa Konvensiyası, Ailə və Mülki məcəllələr, ayrı-ayrı qanunlaın müddəaları, Nazirlər Kabinetinin qərarları ilə ilə tənzimlənir.

O, bu sahədə vahid sənədin olmadığını və Qaydaların hazırlanması zərurətinin meydana çıxdığını deyib.

Qaydaların hazırlanması prosesi ilin sonunadək yekunlaşacaq və qəbul olunmaq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.






12 Oktyabr, 2011  18:19 Baxılıb: 1114 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner