Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təhsil Nazirliyi 2 milyon qrant qazandı

Koreya şirkəti ilə saziş imzalandı

Bu gün Koreyanın Xarici İşlər və Ticarət Nazirliyi ilə Azərbaycan Təhsil Nazirliyi arasında Azərbaycan Texniki Universitetinin təhsil informasiya sisteminin yaradılması üzrə qrant sazişi imzalanıb. Simsar.az-ın məlumatına görə, sazişi hökumət adından təhsil naziri Misir Mərdanov və Koreyanın Azərbaycandakı səfiri imzalayıb.

Tədbirdə çıxış edən M.Mərdanov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi Azərbaycanla Koreya arasında təhsil sahəsində münasibətlərin inkişafından danışıb. Məlum olub ki, layihəni maliyyələşdirən də Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyidir: “Dəyəri 2 milyon dollar olan layihə üç il müddətində həyata keçiriləcək. Layihə çərçivəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi Azərbaycan Texniki Universitetini zəruri avadanlıqlarla təmin edəcək. Koreyalı mütəxəssislər Azərbaycana ezam olunacaqlar”.

Nazir bildirib ki, ATU-nun mühəndisləri Koreyada təlimlər keçəcəklər. Sonra çıxış edən Koreyanın Azərbaycandakı səfiri Li Ji-ha ölkələrimiz arasında müxtəlif səviyyələrdə inkişaf edən münasibətlərdən danışıb.






12 Oktyabr, 2011  18:05 Baxılıb: 1024 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner