Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İntihar statistikası barədə şad xəbər

Azərbaycan bu sahədə faciəvi vəziyyətdə deyil

Ümumdünya Səhiyyə Təşkilatı intihar saylarının daha çox müşahidə olunduğu ölkələrin siyahısına açıqlayıb. APA-nın məlumatına görə, əhalisi Azərbaycandan dəfələrlə az olan Ermənistanda baş verən intihar hadisələrinin sayı ölkəmizə nisbətən 3 dəfə çoxdur. Dünyanın ən çox intihar qeydə alınan ölkələrinin siyahısında Gürcüstan da var. Gürcüstanda hər yüz min nəfərə düşən intihar hadisələrinin sayı 8,8 nəfər təşkil edir. Qonşu ölkədə intihara daha çox kişilər meyllidir. Bu ölkədə intihar edənlərin 80 faizi kişilərdir. Reytinq cədvəli tərtib olunan zaman intihara cəhd halları nəzərə alınmayıb.

Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı siyahıya əsasən, postsovet məkanında intihar hallarının çoxluğuna görə, Litva (hər 100 min nəfərə 71,7 fakt), Rusiya (64,3 fakt) və Belarus (57,5 fakt) ilk üçlükdə təmsil olunur. Liderlərin siyahısında Latviya (48,2 fakt) və Macarıstan da (50 fakt) yer alıb.

Gürcüstanla müqayisədə Azərbaycanda bu sahədə vəziyyət nisbətən yaxşıdır. Ölkəmizdə hər 100 min nəfərə 1,3 intihar faktı düşür. Ermənistanda isə bu göstərici 3,9 faktdır.

Dünyada ən az intihar halları Cənubi Afrika Respublikası, İran, Yamayka, Haiti və Hondurasda qeydə alınıb. Qərbi Avropada isə bu sahədə ən yaxşı vəziyyət Avstriya, Danimarka, Almaniya və Norveçdədir.






12 Oktyabr, 2011  16:24 Baxılıb: 1467 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner