Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycanda nüvə enerjisi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Dünyanın qabaqcıl elmi mərkəzlərində nüvə enerjisi sahəsində çalışan əslən azərbaycanlı olan alimlər də gələcəklər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində 23-25 noyabr tarixlərdə AMEA Radiasiya Problemləri İnstitutunun təşkilatı dəstəyi ilə “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda 5-ci beynəlxalq konfransı işinə başlayacaq. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 3 gün davam edəcək konfransda dünyanın bir sıra ölkələrindən alimlərin iştirakı gözlənilir.

Beynəlxalq tədbirdə həmçinin dünyanın qabaqcıl elmi mərkəzlərində nüvə enerjisi sahəsində çalışan əslən azərbaycanlı olan alimlər də məruzələrlə çıxış edəcəklər. Konfransda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, nüvə fizikası, nüvə və radiasiya təhlükəsizliyi, radioekologiya, nüvə və radioizotoplu texnologiya və metodların tətbiqi, nüvə biliklərinin toplanması və istifadəsi mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.






11 Oktyabr, 2011  23:48 Baxılıb: 903 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54


sagbanner