Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Aida İmanquliyeva anıldı

Görkəmli alimin məzarını ziyarət etdilər

Bu gün AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri, respublikanın qadın ictimaiyyətinin nümayəndələri II Fəxri Xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət ediblər. Onlar alimin xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə gül və əklil qoyublar.

AMEA-dan SalamNews-a verilən məlumata görə, Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək anadan olmasının 72-ci ildönümü qeyd edilən Aida İmanquliyevanın həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən danışıblar.

Anma mərasimində A.İmanquliyevanın şərqşünaslıq elminə verdiyi töhfələrdən söz açılıb, böyük alimin müasir ərəb ədəbiyyatının tədqiqində gördüyü işlər vurğulanıb.






11 Oktyabr, 2011  15:03 Baxılıb: 1231 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner