Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əlil və kimsəsiz uşaqlar tibbi müayinədən keçirilib

"Birliyə Doğru" İctimai Birliyi oktyabrda 200 nəfər fiziki və əqli qüsurlu uşağı müayinədən keçirməyi planlaşdırır

“Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin həyata keçirdiyi “Səyyar Tibbi Reabilitasiya” layihəsi davam edir. Birlikdən ANS PRESS-ə verilən məlumata görə, əsas məqsədi əlil və kimsəsiz uşaqların tibbi problemlərini həll etmək və onların sağlam gələcək qurmasına şərait yaratmaq olan layihəyə avqust ayının əvvəlində start verilib.

Layihə çərçivəsində internat məktəbində yaşayan kimsəsiz uşaqların tibbi müayinəsi keçirilir, həmçinin ehtiyac olarsa, müalicə və cərrahi yardımlar göstərilir.

Layihəyə ilk olaraq, Saray qəsəbəsində yerləşən 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evinin, Şağan qəsəbəsindəki 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evinin, Buzovnadakı 13 saylı internat məktəbinin kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqları cəlb olunub. Layihənin baş sponsoru "Ernst&Young" şirkətidir. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Norveç Humanitar Müəssisəsi, "Core" Xeyriyyə Fondu, tərəfdaşlar qismində isə “Uniklinika”, "CCP" ("Caspian Comros Proyect"), "Dalida", "Gallery", "Vinni Kulinariya" layihəyə dəstək verir.

Xatırladaq ki, Saray qəsəbəsindəki 7 saylı internat məktəbində uşaqlarının müayinəsi peşəkar tibbi mütəxəsisslər tərəfindən keçirilib. İnternat məktəbində 130 uşağın müayinəsi təşkil edilib, nəticə etibarən uşaqlarda bir çox problemlər aşkar edilib. Əsasən bu, dəri xəstəlikləri, daxili orqanlarının, sinir sistemlərinin pozulmasıdır. Bəzi uşaqlara cərrahiyə əməliyyatı təyin edilib. Hazırda müalicə və cərrahi əməliyyat üzərində işlər görülür.

Layihənin növbəti hədəfi Şağan 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat məktəbidir. Oktyabr ayında 200 uşaq müayinədən keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, yuxarıda adı çəkilən bütün müəssisələrdə cinsi və reproduktiv sağlamlıq haqqında təlimlər keçiriləcək. Təlimlər onlara şəxsi gigiyena, sağlam qidalanma, cinsi yolla yoluxan xəstəliklər, ailə planlaşdırılması haqqında geniş məlumatlar almağa yardımçı olacaq.






11 Oktyabr, 2011  01:43 Baxılıb: 1105 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner