Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

DSMF-in gəlirləri 19,6 faiz artıb

Dövlət Sosial Müdafiə Fondu qeyri-büdcə sektoru üzrə proqnozu 100,9 faiz icra edib

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1525 milyon manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 249,9 milyon manat və ya 19,6 faiz çoxdur. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2010-cu ilin müvafiq dövrünə nisbətən 11,8 faiz və ya 91,9 milyon manat artaraq 868,6 milyon manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,4 faizi və ya 515,9 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,3 faiz və ya 56,6 milyon manat artıb, proqnoz isə 100,9 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 14,4 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 16,8 faiz artıb.

2011-ci ilin yanvar-sentyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 352,8 milyon manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,1 faiz və ya 35,3 milyon manat artıb. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

2011-ci ilin yanvar-sentyabr aylarında DSMF-in xərcləri 1508,9 milyon manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1474,7 milyon manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 246,3 milyon manat və ya 20,1 faiz çoxdur. Pensiya xərcləri 2010-cu ilin müvafiq dövrünə nisbətən 20,2 faiz və ya 241,6 milyon manat artaraq 1435,5 milyon manat təşkil edib.

2011-ci ilin ilk 9 ayında əhaliyə 39,2 milyon manat məbləğində müavinət ödənilib.






11 Oktyabr, 2011  00:19 Baxılıb: 1158 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55