Prezidenti təhqir edən tələbə azadlığa buraxılıb
Simsar.az-ın saytının məlumatına görə, İran prezidenti Mahmud Əhmədinejadı təhqirdə günahlandırılaraq tutulan tələbə fəal, İran Milli Cəbhəsinin üzvü Peyman Arifə 74 şallaq zərbəsi vurub buraxıblar.
Peyman Arif bu ilin fevral ayında Mahmud Əhmədinejada açıq məktub yazaraq hakimiyyəti və tələbə fəallarına təzyiqləri tənqid etdikdən sonra tutulub Tehranın Evin zindanının 350-ci korpusunda saxlanılırdı. Tehran məhkəməsi Peyman Arifi həbsə və 74 şallaq zərbəsinə məhkum etmişdi. Oktyabrın 9-da Peyman Arifə 74 şallaq zərbəsi vurulduqdan sonra azadlığa buraxılıb.