Qahirədə 23 nəfər öldü, 150 nəfər yaralandı
Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hələ davam edən atışmalarda 23 nəfərdən artıq insan ölüb, 150-dən çoxu yaralanıb. Misir mətbuatı hadislərin nəzarətdən çıxdığını və hərbçilərin nümayişçilər üzərində nəzarəti itirdiklərini yazır.
Nümayişçilərin Misir televiziyasına hücum etdikləri xəbər verilir. Səhiyyə nazirliyi nümayəndələri ölənlərin sayının artacağından narahatdırlar. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib.
Azadlıq (Təhrir) Meydanından Əbdülmənəm Riyad Meydanına qədər yayılan xristian nümayişçilərin polis və hərbiçilərə daş və ağaclarla hücum etdikləri bildirilir. İnformasiya nazirliyinin qarşısında toplaşan etirazçılara “Baltaçı” qrup adı ilə tanınan dəstənin balta, bıçaq və s. kəsici alətlərlə hücum etdikləri xəbər verilir.
Xristian nümayişçilərə çoxlu sayda müsəlman əhalinin də dəstək verdiyi qeyd edilir.
Misir ordusu atışmaların yaşandığı meydanı vertolyotlarla müşahidə altında saxlayır.