Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BƏXTİYAR SADIQOV-MEHMAN ƏLİYEV SAVAŞI DƏRİNLƏŞİR

Mehman Əliyev: "Azərbaycan” qəzetinin maliyyələєməsi dayansın, mən də gцrьm Bəxtiyar Sadıqov hardan pul tapacaq?”

Bəxtiyar Sadıqov: "Mehman Əliyevin xəyallar aləmindən reallığa qayıtmasının vaxtıdır"

Bu gün “Turan” agentliyinin baş direktoru Mehman Əliyev mətbuata açıqlamasında “Azərbaycan” qəzetinin və onun baş redaktoru Bəxtiyar Sadıqovun ünvanına ittihamlar səsləndirib. Buna səbəb B. Sadıqovun Azərbaycan jurnalistlərinin növbəti qurultayında Mətbuat Şurasının səlahiyyətlərinin artırılması ilə bağlı təklif səsləndirilməsi barədə dedikləri olub. Mehman Əliyev deyib ki, “Azərbaycan” qəzeti düzgünlük, həqiqətə xidmət kimi prinsiplərə əməl etmir, o, büdcədən maliyyələşən qəzetlərin, o cümlədən “Azərbaycan” qəzetinin də maliyyələşməsinin dayandırılmasının tərəfdarı olduğunu bildirib: “Mən niyə “Azərbaycan” qəzetini maliyyələşdirməliyəm? “Azərbaycan” qəzetinin maliyyələşməsi dayansın, mən də görüm Bəxtiyar Sadıqov hardan pul tapacaq?”

Bununla bağlı “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun açıqlaması yayılıb. Lent.az-a daxil olan açıqlamada bildirilib ki, “Azərbaycan” qəzeti 18 ildir tam təsərrüfat hesablı nəşrdir: “Qəzet barədə danışmazdan əvvəl onu oxumaq, tanış olmaq lazımdı. “Azərbaycan” qəzeti 1993-cü ildən etibarən tam təsərrüfat hesablı nəşrdir, yəni özü-özünü dolandırır. Bilmirəm Mehmanın bu qəribə bəyanatını onun məlumatsızlığına, yoxsa qərəzliliyinə yozum?! Amma Mehman və onun kimilər, indi işlədiyi qurumu nəzərdə tuturam, heç vaxt «Azərbaycan» qəzetini maliyyələşdirməyiblər. Azərbaycanın adını daşıyan bir qəzet də heç zaman çirkli maliyyəni, ermənipərəst dairələrin yardımını-qrantını qəbul etməz. Vergi ödəyicilərinin vəsaitinə gəldikdə isə təkrar edirəm, biz büdcədən maliyyələşmirik. Mehman Əliyevin xəyallar aləmindən reallığa qayıtmasının vaxtıdır. Artıq Azərbaycan müstəqilliyinin bərpasının 20 illiyini qeyd edir. Ölkəmiz sözün həqiqi mənasında müstəqildir və heç kimin nə özündən, nə də pul kisəsindən asılı olmaq niyyətində deyilik. Onun iqtidarla mübarizə aparmaq görüntüsü yaratmaq üçün məndən və «Azərbaycan» qəzetindən istifadə cəhdi də uğursuzdur”.

B. Sadıqov M. Əliyevi uğursuz fəaliyyətdə ittiham edib: “Peşəkarlıq rəqabətində tam məğlubiyyətə uğrayan, cəmiyyətin obyektiv və qərəzsiz informasiya təminatı ilə məşğul olmaqda aciz qalan Mehman Əliyevin göründüyü kimi, artıq əsəbləri korlanıb, təmkinini itirib. Başa düşürəm, bu uğursuzluqlar nəticəsində o, yaradıcılıq meydanını tərk edərək xəzinədarlıq məsələləri ilə məşğuldur. Amma təəssüf ki, bu məsələ ilə bağlı da obyektiv danışmır, populizmə, qərəzə qapılır”.

B. Sadıqov M. Əliyevin əməkdaşlıq etdiyi Soros fondunu “ermənipərəst” adlandırıb: “Onun başı ermənipərəst “Soros” fondundan ayrılan pulları adlarını «jurnalist» və ya «hüquq müdafiəçisi» qoyaraq antiazərbaycan fəaliyyəti ilə məşğul olanlar arasında bölüşdürməyə qarışdığından ətrafındakı real hadisələri unudub”.

B. Sadıqov deyib ki, Mətbuat Şurasının səlahiyyətlərinin artırılması ilə bağlı məsələni Azərbaycan jurnalistlərinin iradəsi həll edəcək: “ Belə bir addımın atılması vacib sayılsa, ona razılığı Azərbaycan jurnalistləri öz qurultaylarında verə bilərlər. Heç Mehman Əliyevdən məxsusi soruşan da olmayacaq”.






7 Oktyabr, 2011  19:59 Baxılıb: 1206 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner