"Ermənistan ”soyqırım-soyqırım" deyə-deyə inkişafdan geri qalıb"
Ermənistanın İsveçrədəki səfiri Şarl Aznavur rəsmi İrəvanın üzləşdiyi problemlərdən danışıb. Belə ki, “Nouvelles d’Armenie” jurnalına müsahibə verən müğənni-diplomat deyib ki, o, “Vivement Dimanche” proqramında söylədiklərini danmır və “soyqırım” termininin daha yumşaq terminlə əvəz olunmasına tərəfdar olduğunu bir daha bildirir.
“Bu ”soyqırım" termini məni artıq boğaza yığıb. Belə olsa, biz heç vaxt irəliləyə bilmərik" - deyən səfir onu da bildirib ki, dünya erməniləri xarici dövlətlərin köməyinə ümid bağlamamalıdır: “Hansı dövlət bizi müdafiə edərək özünü qurban verər? Heç biri. Hətta Fransa da ”soyqırımı" tanımaqdan başqa heç nə etməyəcək".
Türkiyə ilə münasibətlərə toxunan Aznavur onun gündən-günə inkişaf etdiyini, Ermənistanın isə əksinə, günbəgün boşaldığını bildirib: “Türklərin indi Avropa Birliyinə daxil olması ilə bağlı problemləri çözülür. Ermənistan isə ”soyqırım-soyqırım" deyə-deyə inkişafdan geri qalıb. Ermənistanın “soyqırım” siyasəti məntiqsizdir. Mən erməni hökumətini daha çox demoqrafik fəlakətə diqqət yetirməyə çağırıram. Çinovniklər ciblərini yox, xalqı fikirləşməlidir".