Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gənc müəllimlərə stumul veriləcək

Onlara yaradıcı fəaliyyət üçün imkanlar veriləcək

Azərbaycan Təhsil Nazirliyi 35 yaşadək istedadlı orta məktəb müəllimlərinin vahid informasiya bazasını yaradır. Bu barədə cümə axşamı Trend-ə Təhsil Nazirliyinin kənd rayonları üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Aydın Əhmədov məlumat verib.

Onun sözlərinə görə, artıq 35 yaşadək müəllimlərin siyahısının hazırlanması ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Adı siyahıya daxil edilmiş müəllimlər üçün müəyyən stimullaşdırıcı tədbirlər həyata keçiriləcək, onlara yaradıcı fəaliyyət üçün geniş imkanlar veriləcək.

Əhmədov bu siyahıya daxil edilmiş müəllimlərin əməkhaqqılarında xüsusi artımın olmayacağını da qeyd edib. O qeyd edib ki, bu bazanın yaradılmasında əsas məqsəd 35 yaşadək istedadlı müəllimlərin əməkhaqqılarının artırılması deyil, onların üzə çıxarılması və yaradıcı fəaliyyətinə geniş imkanların yaradılmasıdır.

"Ölkə Prezidentinin sərəncamı ilə "Ən yaxşı müəllim" və "Ən yaxşı məktəb" müsabiqələri keçirilir. Bu müsabiqələrdə biz xeyli yaxşı müəllim üzə çıxartdıq. Onların bir çoxu da sonrakı illərdə təltiflərə layiq görüldü. İndi də bizim məqsədimiz gənc müəllimlərə stimul verməkdir", - Əhmədov qeyd edib.






6 Oktyabr, 2011  21:06 Baxılıb: 1395 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner