Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan daşınmaz əmlakın elektron qeydiyyatına keçəcək

Bu, Dövlət Komitəsinin yaxın vaxtlardakı məqsədlərindən biridir 

Yaxın vaxtlarda Azərbaycan kadastr və daşınmaz əmlakın qeydiyyatı sahəsində dövlət xidmətlərinin elektron formasına keçidi təmin edəcək. Trend-in məlumatına görə, bu barədə Dövlət Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənov cümə axşamı "Əmlakın müasir idarə edilməsində məlumat məkanının və vahid daşınmaz əmlak kadastrının rolu haqqında" beynəlxalq elmi-praktiki konfransda deyib.

"Bu, Dövlət Komitəsinin yaxın vaxtlardakı məqsədlərindən biridir", - Həsənov bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, Dövlət Komitəsi bütün mövcud daşınmaz əmlak obyektlərində müasir tələblərə uyğun mərkəzləşdirilmiş elektron kadastrın məlumat bazasının yaradılması üzrə iş aparır.

Dövlət Komitəsi həmçinin davamlı qeydiyyat sisteminin təmin olunması üçün yararlı mühit və infrastrukturun yaradılmasını, məlumat məkanı haqqında rəqəmli bazanın yaradılmasını da planlaşdırır.

"Dövlət Komitəsinin vəzifələrinə daşınmaz əmlak kadastrı, dövlət reyestri və məkan məlumatı bazasını birləşdirəcək sistemin yaradılması, eləcə də bu resursları istifadəçilər üçün açıq etmək daxildir", - Həsənov deyib.

Onun sözlərinə görə, bu sahədə qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, problemlərin akademik dairələrin nümayəndələri ilə müzakirəsi böyük rol oynayır.

Həsənov hesab edir ki, ÜDM-da özəl sektorun payının tədricən artması iqtisadi islahatların aparılması və özəlləşdirmənin nəticəsində mümkün olub.

"Bu gün ÜDM-da özəl sektorun payı 80 faizi ötür", - o deyib.

Azərbaycan Prezidenti Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimovun sözlərinə görə, dövlət əmlakının özəlləşdirilməsi prosesinin sürətləndirilməsi ölkənin ÜDM-nin artmasında az rol oynamayıb.

"Son 20 il ərzində ölkənin ÜDM-i 20 dəfə, büdcəsi 78 dəfə, ixracın həcmi on dəfə artıb", - Rəhimov deyib.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə daşınmaz əmlakın qeydiyyatı sahəsində Dünya Bankı kimi beynəlxaql maliyyə institutları ilə əməkdaşlığın vacibliyin qeyd edib.

"Bu əməkdaşlıq, eləcə də bu konfrans bu sahədə qanunvericiliyin təkmilləşdirilməsində mühüm rol oynayır", - Səmədzadə deyib.






6 Oktyabr, 2011  17:16 Baxılıb: 1027 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner