Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bəxtiyar Sadıqov: "KİV haqqında" qanun loyaldı

Jurnalistlərin qurultayında Mətbuat Şursaı səlahiyyətlərinin artırılmasını istəyəcək

Azərbaycan jurnalistlərinin gələn il keçiriləcək növbəti qurultayında Mətbuat Şurasının səlahiyyətlərinin artırılması məsələsi gündəliyə salınacaq. Bu barədə çərşənbə günü Trend-ə Mətbuat Şurasının idarə heyətinin üzvü, millət vəkili Bəxtiyar Sadıqov bildirib.

Sadıqov bu addımı Mətbuat Şurasının bəzi hallarda "reketliklə" məşğul olan qəzetlərin fəaliyyətində düzəlişlər edilməsinə təsir edə bilməməsi ilə izah edir.

O, Mətbuat Şurasının səlahiyyətlərinin hansı formada artırıla biləcəyindən də danışıb.

"Bu gün qəzetlərin bağlanması üçün məhkəmələrə müraciət etmək səlahiyyəti olan qurum yoxdur. Biz qurultayda jurnalistlərdən xahiş edəcəyik ki, Mətbuat Şurasına həddini aşan, jurnalistika prinsiplərinə əməl etməyən qəzetlərin bağlanılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ versinlər", - Sadıqov deyib.

Millət vəkili fikrini onunla əsaslandırıb ki, Azərbaycanda KİV haqqında olduqca loyal qanun var. "Bundan əlavə, ən asan qəzet təsis etmə proseduru Azərbaycandadır. Bu amillər isə bəzən söz və mətbuat azadlığına xidmət etməkdən çox bəzi işbazların çirkin məqsədlərinə xidmət edir", - Sadıqov deyib.

Onun sözlərinə görə, Azərbaycanda mətbuat və söz azadlığı öz həddini aşıb. Deputat hesab edir ki, niyyət və məqsədi operativ, tərəfsiz, qərəzsiz informasiya toplayıb cəmiyyətə ötürmək olmayan insanlar jurnalistikaya axışmağa başlayıblar.

"Həmin şəxslər şantaj, təhqir, söyüş və başqa vasitələrlə insanlara təzyiq etməyə çalışırlar. Bunun nəticəsində qəzetlərin nüfuzu aşağı düşür. Cəmiyyət qəzetlərə etimad göstərmir və qəzetin ictimai rəy yaratmaq funksiyasına ciddi zərbə dəyir. Bu cür hallar mətbuatın iqtisadi vəziyyətinə də təsir göstərir. Yəni qəzetlər alınmır və tirajlar aşağı düşür", - MŞ idarə heyətinin üzvü deyib.

Sadıqov qeyd edib ki, Azərbaycanda Mətbuat Şurası haqqında qanun da qəbul olunmalıdır.

"Mətbuat Şurası yaranarkən məqsədi mətbuat orqanlarının cəmiyyətlə, dövlət qurumları ilə yaranmış problemlərini məhkəməyə qədər həll etmək idi", - millət vəkili deyib və əlavə edib ki, qəzetləri məhkəmə çəkişmələrindən xilas etmək mətbuat və söz azadlığına xidmət edən amildir.






5 Oktyabr, 2011  19:19 Baxılıb: 1102 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner