Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İslam Partiyasının lideri son zöz dedi

Müttəhimlərin qohumları zala buraxılmadı

“Media forum” saytı xəbər verir ki, islamçıların tərəfdaşları, dindarlar Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısından uzaqlaşdırılıb. Polis əməkdaşları kimsəni binaya yaxınlaşmağa qoymur. Məhkəmə zalına yalnız təqsirləndirilən şəxslərin yaxın qohumları və jurnalistlər buraxılıb.


Oktyabrın 5-də məhkəmədə Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Fəramiz Abbasov və Zülfüqar Mikayılzadəyə hökm oxunmalıdır. Hazırda məhkəmə gedir.

“Azadlıq” radiosu xəbər verir ki, Mövsüm Səmədov son sözlə çıxışında bildirib ki, məhkəmə sifariş yerinə yetirir, şahidlərdən isə aldatma və təzyiq yolu ilə ifadələr alınıb. O deyib ki, başqalarının da həbs olunması onun partiya Baş Məclisinin yanvarın 2-də keçirdiyi iclasındakı çıxışı ilə bağlıdır.

Məhkəmə zalına müttəhimlərin qohumlarının çoxu buraxılmayıb. Prosesə gələnlərdən Sərdar Hacıhəsənli “Azadlıq” radiosuna bildirib ki, polis binanı mühasirəyə alıb, adamları sıxışdıraraq zorla ərazidən uzaqlaşdırıblar: “Polislər, mülki geyimli şəxslər qadın-kişi bilmir, yumruq, təpik atır, üstümüzə qışqırır, alçaldıcı sözlər deyirlər”.

Azərbaycan İslam Partiyasının lideri və digərləri bu il yanvar ayının əvvəllərində həbs olunublar. Onların barəsində ayrı-ayrı maddələrlə cinayət işləri başlanıb. İslamçıları müdafiə edənlərin fikrincə, bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır. Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də AİP Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına ittihamlar səsləndirib. Məhəmməd peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.






5 Oktyabr, 2011  18:18 Baxılıb: 946 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner