Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Asim Mollazadə jurnalistləri mükafatlandırdı

Tanınmış jurnalistlər gördüyü işin dəyərini aldılar 

Demokratik İslahatlar Partiyasının (DİP) təsis etdiyi “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatın təqdimat mərasimi keçirilib.

Simsar.az-ın xəbərinə görə, DİP-in qərargahında keçirilən tədbirdə partiya sədri, deputat Asim Mollazadə çıxış edərək mükafatın təsis olunması barədə məlumat verib. O bildirib ki, DİP-in Siyasi Şurası 22 iyul – Milli Mətbuat Günü münasibətilə “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” adlı mükafat təsis edib. 

Azərbaycanda jurnalistikanın inkişaf etdiyini deyən A. Mollazadə ölkədə bacarıqlı jurnalistlərin yetişdiyinə görə çox sevindiyini vurğulayıb: “Bu mükafat daha çox rəmzi xarakter daşıyır. Amma biz daha çox cəmiyyətdə diqqəti söz və mətbuat azadlığına yönəltmək istəyirik”.

Tədbirdə Vüsalə Mahirqızı (APA-nın baş direktoru) – Azərbaycanda çoxşaxəli elektron medianın inkişafındakı xidmətlərə görə, Zahir Əzəmət (ann.az portalının baş redaktoru) – Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliğindəki xidmətlərə görə, Qalib İbrahimoğlu (“Ekspress” qəzetinin redaktoru) – Azərbaycanın siyasi həyatının mediada peşəkarcasına işıqlandırılmasına və siyasi şərhlərinə görə, Sevinc Əhmədova (aze.az saytının baş redaktoru) – Azərbaycanla bağlı məlumatların xarici dillərdə beynəlxalq ictimaiyyətə çatdırılmasında xidmətlərə görə diplomla təltif olunublar.

APA-nın baş direktoru Vüsalə Mahirqızı çıxışında bildirib ki, Azərbaycanda siyasi partiyaların rəhbərləri mətbuata münasibətdə daha çox tənqidi mövqe tuturlar, bu mənada DİP-in jurnalistlərin əməyini qiymətləndirməsi təqdirəlayiq haldır.






4 Oktyabr, 2011  20:20 Baxılıb: 1909 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner