Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əli Əliyev İctimai Palatanı yalançılıqda suçladı

“VİP üzvlərindən heç kim İP-in Ağdaş rayon şöbəsinin təsis olunmasında iştirak etməyib” 

Vətəndaş və İnkişaf Partiyasının (VİP) mövqeyi ilə bağlı mediada yanlışlığa yol verilib. “Yeni Müsavat” qəzetinin 04 oktyabr 2011-ci il tarixli sayında İctimai Palata (İP) adlanan qurumun Ağdaş rayon şöbəsinin yaradılması haqqında məlumatda qurumun təsisçiləri arasında VİP üzvünün olması da göstərilib.

Qeyd olunan informasiya ilə tanışlıqdan sonra partiyanın Ağdaş rayon şöbəsinin, eyni zamanda VİP Məclisinin üzvü Sovet Qəniyevlə əlaqə saxlanılıb və məlumatın VİP-ə aid hissəsinin həqiqətə uyğun olmadığı dəqiqləşib. S.Qəniyevin verdiyi məlumata görə, İP-ə daxil olan partiyaların yerli təşkilatlarının təklifi əsasında VİP Ağdaş rayon şöbəsinin üzvləri onlarla birgə müzakirələrdə iştirak ediblər. Lakin həmin müzakirələrə qatılmış VİP üzvlərindən heç kim İP-in Ağdaş rayon şöbəsinin təsis olunmasında iştirak etməyib və hər hansı müvafiq sənədə imza atmayıb.

VİP olaraq bir daha bəyan edirik ki, partiyanın İP-də təmsil olunmamaq haqqında VİP Məclisinin qərarı var və onun icrası bütün üzvlər üçün məcburidir.






4 Oktyabr, 2011  19:54 Baxılıb: 2006 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14

sagbanner