Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Erməni mətbuatına manşet verən Cümşüd Nuriyev “Simsar.az”a danışdı

“Ramil Səfərov vətənpərvər, savadlı oğlandır”

Bəzilərinin politoloq, bəzilərinin isə ekspert kimi təqdim etdiyi Cümşüd Nuriyev son vaxtlar kəskin açıqlamaları ilə gündəmə gəlməklə yanaşı, müəyyən qrupun hədəfindədir. Onun «Azərbaycanda kürdlərə bütün imtiyazlar verilib, bundan artığını istəmək qudurğanlıqdır» fikri qarşı tərəfdən təhqir kimi qəbul olunub. Gənc kürdlər C.Nuriyevi onların barəsində bu kimi ifadələrə son qoymağa cağırıblar, əks təqdirdə məhkəməyə müraciət edəcəklərin bildiriblər.


Ekspertin növbəti açıqlaması isə erməni zabitini öldürdüyü üçün Macarıstanda ömürlük azadlıqdan məhrum edilən Ramil Səfərov barədə olub. «Bizim Yol» qəzetinə müsahibəsində R.Səfərovun qəhraman adlandırılmasına qarşı çıxan C. Nuriyev milli qəhrəman Mübariz İbrahimovla onun müqayisəsinin uğursuz olduğunu deyib. C.Nuriyevə görə, ikinci qəhrəmancasına döyüş meydanında həlak olub, birinci isə ermənini yatdığı yerdə qətlə yetirib. Onun R.Səfərov barədə işlətdiyi "dırnaqarası qəhrəman", "xalqın başının aşağı edən" və "ağılsız qanunsuzluq etmiş insan" ifadələri ramilsevərlərin hiddətinə səbəb olub.

Dünən erməni saytları C.Nuriyevin R.Səfərovla bağlı fikirlərini manşetə veriblər. "Azərbaycanlı politoloqdan etiraf: Bir zabiti yatdığı yerdə öldürən zabit saxta qəhrəmandır!" başlığı ilə yer alıb.

Yaranmış duruma aydınlıq gətirmək üçün C.Nuriyevlə əlaqə saxladıq.

C.Nuriyev öncə kürdlərin onu məhkəmə ilə hədələməsinə münasibət bildirdi: «Mən dəfələrlə demişəm və bu gün də təkrar edirəm ki, ölkədə etnik separatizm baş qaldırıb. Kürdlərin fəallaşmasının timsalında bu bir daha özünü göstərir. Mənim kürd xalqına böyük höpmətim var. Amma görəndə ki, bəzi kürdlər PKK-nı müdafiə edir, müəyyən şəxslərin vasitəsilə ortalığa atılırlar, fəallaşırlar, mən susa bilmirəm. Düşüncə tərzləri Biləcəridən o tərəfə keçmək imkanında olmayan bəziləri fikirləşirlər ki, Cümşüd Nuriyev problemi şişirdir. Əsla bu belə deyil. Bir neçə il bundan öncə kimin ağlına gələrdi ki, kürdlər burada mətbuat konfransı keçirəcəklər, haqldarını tələb edəcəklər. Hətta şikayətləniblər ki, onların parlamentdə deputatları yoxdur. Qarşıdan Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü gəlir. Müstəqillik Aktını imzalayan deputatların böyük əksəriyyəti bu gün kənarda qalıb, onlar hətta sabiq deputat kimi tanınmırlar. Kürdlərin ən fəal nümayəndələrindən olan Səfa Mirzəyev bizim adlarımızı siyahıdan çıxarıb. 20 ildən sonra Müstəqillik Aktına imza atan deputatların adları unudulacaq. 35 müxalifət deputatından başqa iqtidarda olan deputatlardan cəmi 3 nəfər - Bayram Bayramov, Məmməd Xələfov və mən müstəqilliyin lehinə səs vermişəm. Qalanları verməyib. Amma bizə də göstərilən münasibətə baxın, onlara da. Dəhşətlidir ki, müstəqilliyin əleyhinə çıxan deputatlar sonradan vəzifəyə təyin olundular. Onların içərisində hazırda nazir, icra başçısı, səfir, deputat olanlar var. Şöhrət və İstiqlal ordeni ilə təltif olunublar. İstiqlaliyyətə qarşı çıxan adama İstiqlal ordeni necə vermək olar?».

R.Səfərovla bağlı açıqlamalarından sonra ona qarşı başlayan kampaniyaya münasibət bildirən C.Nuriyev bildirid ki, o, fikrinin üstündə qalır: «Ramil Səfərov vətənpərvər, savadlı oğlandır. Bu gün də düşünürəm ki, o, təhsilini davam etdirsəydi Azərbaycana daha çox xeyir verərdi. Allah qapısını açsın, belə bir gəncin ömürlük həbsxanada qalması ürəyimi ağrıdır. Mə nonu başa düşürəm. İçində ermənilərə qarşı dərin nifrət var. Torpaqları, ata-ana yurdu işğal olunub. Amma hərbidə zabit ləyaqəti deyilən bir şey var. Düşməni öldürəndə də ləyəqətlə öldürmək lazımdır. Mübariz İbrahimov əsl qəhrəmanlıq nümayiş etdirdi. Təkbaşına döyüş bölgəsində erməni hərbçilərinin üzərinə hücum çəkib. Onların bir neçəsini məhv etdi və özü qəhrəmancasına şəhid oldu. Əlbətdə ki, Ramil Səfərovla Mübariz İbrahimovu eyniləşdirmək düzgün deyil. Biz Ramili Macarıstana göndərmişdik ki, savadlı kadr olsun, ordumuzu gücləndirsin. Amma o neylədi? Döyüşdə görməli olduğu qəhrəmanlı aşağı səviyyədə Budabeştdə həyata keçirdi və özünü də bədbəxt elədi, ailəsini də. Mənim ona yazığım gəlir. Əgər erməni öldürmək qəhrəmanlıqdırsa, Rusiyanın ayrı-ayrı şəhərlərində azərbaycanlılar milli münaqişə zəmnində hər il neçə-neçə ermənini qətlə yetirirlər. Onda onların hər birinə milli qəhrəman adı verək. Bəzən olur ki, bir azərbaycanlı iki ermənini qətlə yetirib, amma adını çəkmirlər, müdafiə etmirlər. Ortalıqda mənə qarşı hoppanı-düşən «vətənpərvərlər»ə demək istəyirəm ki, mən Ağdamda, Fizulidə, Cəbrayıllıda vuruşanda onlar qorxularından tində-bucaqda gizlənmişdilər. Onlar idarə olunan «vətənpərvərlər»di. Müdafiə Nazirliyinin əleyhinə müsahibə verən ki, onlardan mənə qarşı istifadə olunur. Onların «vətənpərvərliyi» iqtidarın qapısının kandarında bitir».

Müsahibələrindən sonra ona qarşı təzyiqlərin edildiyini deyən C.Nuriyev daha tənqidi çıxışlar etməyəcəyini bildirdi: «Əgər özüm-özümlə bacara bilsəm, susacam, danışmayacam. Uzaq başı hakimiyyəti tərifləyəcəm”.
Ruslan









4 Oktyabr, 2011  19:12 Baxılıb: 1471 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner