Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

KEÇMİŞ DEPUTAT MƏMURLARIN ƏLEYHİNƏ DANIŞDI

Nazim Məmmədov: “İş adamları hər hansı hakimiyyət nümayəndəsi ilə biznes əlaqəsi qurmasın”

“İş adamlarının çəkisindən, qoyduğu maliyyədən və yaratdığı iş yerlərindən asılı olmayaraq, hər kəs üçün eyni münasibət olmalıdır. Təəssüf ki, münasibətlərdə regionçuluq, tanışlıq və sair amillər rol oynayır”.

Bu fikirlər keçmiş millət vəkili Nazim Məmmədovun “Bizim Yol” qəzetinə verdiyi müsahibəsindəndi. O, məmur özbaşınalığından danışıb. Onun sözlərinə görə, sahibkarların məmurlara bağlılıq tendensiyası var və bu aradan qaldırılmalıdır.

Simsar.az qəzetə istinadən xəbər verir ki, keçmiş millət vəkili açıqlamasında “Azadlıq Radiosu”-nun araşdırmalarına da diqqət çəkib: “Beynəlxalq Bank bir nəfərə-Xəqani Bəşirova yüz milyonlarla təminatı olmayan kreditlər verib. Bu müəssisələrin bir neçəsinin açılışında cənab prezidentin özü də iştirak edib, lakin sonradan fəaliyyətini dayandırıblar. Məmurlar ilk zamanlar özünü reklam elətdirməyə, rəhbərlik etdiyi sahədə irəliləyişlər olduğunu prezidentə göstərməyə çalışır. Sonradan problemi ilə ortalığa çıxır. Hesab edirəm ki, bu məsələlər cəmiyyətə, məmurlara, sahibkarlara ciddi siqnaldır. Başqa iş adamının hüququnu pozan, iqtisadiyyatdan rəqabət mühitini məhdudlaşdıran sahibkar sabah özü bu problemlərlə üzləşə bilər. Çünki məmur ömürlük deyil. Bu baxımdan məmura arxalanaraq biznesini quran və başqalarının hüququnu pozan şəxslərin gələcək fəaliyyəti sığortalanmayıb. Hakimiyyət təmsilçi işdən çıxandan sonra Azərbaycanda proseslərin necə baş verdiyini bilirsiniz”.

Sonda N.Məmmədov biznes qurmaq istəyənlərə tövsiyyə də verib: “Heç bir iş adamı hər hansı bir hakimiyyət nümayəndəsi ilə biznes əlaqəsi qurmasın. Artıq məmurun biznesdən ayrılmasının zamanı çatıb”.

Aynurə Həsənova






4 Oktyabr, 2011  17:03 Baxılıb: 1257 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner