Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Bahar Energy” 500 iscini birdən çıxardı

Neftçilərlə yeni müqavilə bağlanılmayıb

Bahar Energy Ltd şirkəti 500 nəfərədək işçini işdən uzaqlaşdırıb. Şirkətin prezidenti Mustafa Çorbaçı heç bir izahat vermədən işçilərlə yeni əmək müqaviləsi bağlamaqdan imtina edib.

Bu barədə saytımıza məlumat verən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib ki, şirkətin əmək qanunvericiliyini kobud surətdə pozmaqla işə başlaması və bu vaxtadək cəzasız qalması növbəti qanunsuz addımların atılmasına səbəb olub.

Şirkət fəaliyyətə başlayarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsini şərtlərini (Müəssisənin mülkiyyətçisi dəyişdikdə müəssisə rəhbəri, onun müavinləri, baş mühasib və idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrinin rəhbərləri istisna olmaqla, digər işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır), 45.4-cü maddəsinin (əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır) və 47-ci maddəsinin tələblərini kobud surətdə pozulub.

Komitə daha öncə işçilərin kütləvi surətdə işdən azad edilməsilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Həmkarlar təşkilatlarına müraciət edib.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı Bahar Enerji Əməliyyat Şirkətində baş verən qanun pozuntularından narahatlığını bildirir və şirkətin əsas payçıları Baghlan Group, Greenfield İnternational RAFI Oil və ARDNŞ rəhbərlərini Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşmağı, qanunun aliliyini təmin etməyə, əmək qanunvericiliyini pozan şəxsləri cəzalandırmağa, əmək müqaviləsinə qanunsuz xitam verilmiş işçiləri işə bərpa etməyə çağırır.

RAMİL










4 Oktyabr, 2011  15:12 Baxılıb: 1979 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner