Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

Qənirə Paşayeva AŞPA-dan dünyaya səsləndi

AŞPA-nın payız sessiyasının ilk günündə müzakirələrdə azərbaycanlı millət vəkili Qənirə Paşayeva da çıxış edib.

Lent.az-ın məlumatına görə, qurumun Siyasi Bürosu və Daimi Komitəsinin fəaliyyəti ilə bağlı hesabat ətrafında aparılan müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü olan Qənirə Paşayeva diqqəti ermənilərin törətdiyi amansızlıqlara yönəldib: “Mən Ermənistanla sərhəd bölgələri təmsil edirəm. Bu ilin iyul ayında 13 yaşlı Aygün Şahmalıyeva Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilib. Assambleyamız kiçik yaşlı uşaqlara qarşı həyata keçirilən bu cür cinayətlərə susmamalıdır. Aygünün ailəsi sizdən etiraz səsinizi ucaldacağınızı və bu hadisəni törədən cinayətkarların cəzasını alması istiqamətində səylərinizi artıracağınızı gözləyir”.

Q.Paşayeva AŞPA-nın məlum qətnaməsini xatırladıb: “Mən ötən sessiyadan keçən dövr ərzində baş vermiş və bizi ciddi narahat etməli olan bəzi məsələlərə toxunmaq istəyirəm. Avropa Şurası Parlament Assembleyasının qəbul etdiyi 1416 saylı qətnamədə vurğulanır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və işğal etdiyi torpaqlardan geri çəkilməlidir. Amma Ermənistan nəinki Avropa Şurası və BMT qətnamələrini yerinə yetirmir, hətta Avropa Şurasının bütün çağırış və tələblərinə məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı və dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikasında seçkilər keçirir. Sentyabrın 18-də işğal etdikləri Azərbaycan torpaqlarında keçirdikləri bələdiyyə seçkiləri nəinki beynəlxalq hüquqa, BMT, ATƏT və Avropa Şurasının bu məsələ ilə bağlı qəbul etdiyi qətnamələrə ziddir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gedən çox həssas danışıqlar prosesinə də ciddi bir zərbədir və bölgədə vəziyyəti daha da gərginləşdirib. Assambleyamız bu kimi halları kəskin pisləməklə yanaşı, Ermənistandan bu kimi addımların dayandırılmasını ciddi şəkildə tələb etməlidir”.

Millət vəkili Türkiyədəki vəziyyətlə bağlı dinləmələrdə isə belə deyib: “Türkiyədə keçirilən seçkilərə gəlincə qeyd etməliyəm ki, seçkilər Avropa standartlarına uyğun şəkildə həyata keçdi və Türkiyənin Assambleyamızdakı yeni nümayəndə heyətinə fəaliyyətlərində uğurlar arzulayıram. Biz müşahidə missiyası üzvləri olaraq Türkiyədə olduğumuz zaman görüş və müzakirələr zamanı bir daha gördük ki, Türkiyəni və onun insanlarını narahat edən ən böyük problem terrordur. Biz terrora qarşı mübarizədə, minlərlə günahsız insanı qətlə yetirən terror təşkilatı ilə mübarizədə Assambleya və üzv ölkələr olaraq Türkiyəyə dəstəyimizi daha da artırmalıyıq. Son günlər terror qurbanı olan günahsız insanların sayının artması bizi ciddi narahat etməlidir”.

Q.Paşayeva həmçinin Urmiya gölünün qurudulması və İranın bu məsələyə münasibətinə diqqət çəkib: “İranda insan haqlarının kütləvi pozulması da bizzi ciddi narahat etməli və təşkilat buna öz kəskin etirazını bildirməlidir. YUNESKO-nun siyahısında olan Urmiya gölünün qurudulmasına ölkə rəsmilərinin laqeyd, biganə münasibətinə qarşı dinc şəkildə öz sosial və ekoloji tələblərini irəli sürən yüzlərlə günahsız azərbaycanlının həbsxanalara salınması, işgəncələr verilməsi, onların ailələrinin təqib olunması, dinc etiraz aksiyasında iştirak edənlərə qarşı həyata keçirilən amansız işgəncələr hamımızı ciddi narahat etməlidir. Assambleyamız buna biganə qalmamalı, haqları kütləvi şəkildə pozulan bu insanların səsinə səs verməli, onlara dəstək göstərməli və İran rəsmilərini günahsız insanlara qarşı həyata keçirilən repressiyaları, əziyyət və işgəncələri dayandırmağa çağırmalıdır”. 






4 Oktyabr, 2011  01:09 Baxılıb: 921 Çap

Bu bölmədə


XƏBƏR LENTİ









10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36