Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şeyx zəvvarları arxain etmək istəyir

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri İranda zəvvarların təhlükəsizliyi ilə bağlı müzakirələr aparıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri İranın daxili işlər naziri ilə görüşündə Azərbaycandan avtobusla həcc ziyarətinə gedəcək zəvvarların təhlükəsizliyi ilə bağlı müzakirələr aparıb.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, İdarənin sədri şeyxülislam hacı Allahşükür Paşazadə İrana səfəri zamanı bu ölkənin daxili işlər naziri Məhəmməd Nəccarla görüşüb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərlə yanaşı, bu il həccə gedəcək zəvvarların təhlükəsizliyi, sərhəd-keçid məntəqələrindən problemsiz keçməsi ilə bağlı danışıqlar aparılıb.

Qurban bayramı noyabrın 6-da qeyd olunacaq, Həcc karvanları oktyabr ayının 25-26-dan yola düşəcəklər.

Azərbaycandan bu il 2 min zəvvarın həccə getməsi gözlənilir. Onlardan 1300 nəfərə yaxını 40-41 ədəd avtobusla yola düşəcək. Zəvvarlarımız Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər.

trend






3 Oktyabr, 2011  20:07 Baxılıb: 987 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner