Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva siqaret çəkənlərin cəzalanmasını istəyir

Təklif: İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilsin

“Milli Məclisdə ölkədə ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi müzakirəyə çıxarılmalıdır”. Lent.az-ın məlumatına görə, bunu parlamentin payız sessiyasının ilk iclasında millət vəkili Qənirə Paşayeva bildirib.

Onun sözlərinə görə, tütündən istifadə etmək tək siqaret çəkənin deyil, onun ətrafında olanlarının da səhhətinə ziyan vurur: “Avropa ölkələrində bununla bağlı qanun var və bütün ölkələrdə bu qanun effektiv olduğunu qeyd edirlər. Bakıda qarşıdan gələn “Eurovision” mahnı müsabiqəsi vaxtı minlərlə avropalı və digər yerlərdən gələ qonaqların hər yerdə siqaret çəkilməsinin şahidi olması xoş deyil”.

O həmçinin ölkədə uşaqların siqaret almasına şərait olduğunu qeyd edərək bildirib ki, valideynlər bu məsələyə nəzarət edə bilmirlər. Paşayeva tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin məhz Milli Məclisin payız sessiyasında qəbul olunması təklifini irəli sürüb.

Millət vəkili Eldar İbrahimov iclasda bildirib ki, Azərbaycanda 2000-ci illərin əvvəlində tütünün istifadəsi ilə bağlı müvafiq qanun qəbul edilib və həmin qanunda müvafiq müddəa var: “Bu səbəbdən təklif edərdim ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilsin və ictimai yerlərdə siqaret çəkənlər 50-100 manat cərimə yazılsın”. Onun sözlərinə görə, bu praktika bir sıra ölkələrdə, o cümlədən Türkiyədə də var.






30 Sentyabr, 2011  19:21 Baxılıb: 885 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner