Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Noyabrın 30-da bələdiyyə seçkiləridi

Prosesin adı belədi: "Təkrar, əlavə və yeni bələdiyyə seçkiləri"

APA-nın məlumatına görə, iclasda bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin keçirilməsi məsələsinə baxılıb. İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda 23 dekabr 2009-cu ildə 1718 bələdiyyə üzrə seçkilər keçirilib: “1709 bələdiyyə formalaşdırılıb. 9 bələdiyyə ilə bağlı seçkilərin nəticəsi etibarsız hesab edilib. Həmin vaxtdan indiyədək 1 bələdiyyədə üzvlərin sayı kvormdan aşağı düşüb”.

M. Pənahov bəzi bələdiyyə üzvləri yerlərinin isə müxtəlif səbəblərdən 1, 2, yaxud daha çox sayda azaldığını bildirib.

Ümumilikdə 330 bələdiyyə üzrə 464 yerə bələdiyyə seçkisi keçiriləcək.

“9 bələdiyyə tam tərkibdə yenidən seçiləcək”, - deyə, M. Pənahov bildirib.

Daha sonra bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin keçirilməsi barədə qərar qəbul olunub. Qərara əsasən, seçkilər 30 noyabr 2011-ci ildə keçiriləcək.

İclasda “Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvimlər Planı” təsdiqlənib.

Bununla yanaşı, 42 saylı Sumqayıt II Seçki Dairəsi Dairə Seçki Komissiyasının tərkibində dəyişiklik edilib.






29 Sentyabr, 2011  20:49 Baxılıb: 933 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner