Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

80 min neftçi qan verəcək

Aksiya oktyabrın 5-də olacaq

ARDNŞ üç ildir hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım göstərilməsi sahəsində “Savab Dünyası” Talassemiya Assosiasiyası və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu ilə səmərəli əməkdaşlıq edir.

ARDNŞ-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, bu əməkdaşlıq çərçivəsində 2009-cu ildə 3 mindən çox, 2010-cu ildə isə təqribən 5 min neftçi qanvermə aksiyalarında iştirak edib. Bu il də neftçilər qan xəstəliklərindən əziyyət çəkən həmvətənlərimizə yardım məqsədi ilə aparılan kampaniyada fəallıq göstərirlər. İndiyədək ARDNŞ-nin idarə və müəssisələrində çalışan 1200 neftçi “Talassemiyasız həyat naminə” devizi altında gerçəkləşdirilən aksiyalarda qan verib.

Oktyabrın 5-də ARDNŞ-nin Baş ofisində və Şirkətin Sərmayələr İdarəsində də analoji humanitar tədbirin keçirilməsi planlaşdırılıb. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu ilə birgə hazırlanmış cədvələ uyğun olaraq, 2012-ci ilin fevralınadək davam edəcək qanvermə kampaniyasında ARDNŞ-nin bütün struktur bölmələrinə daxil olan idarə və müəssisələrdə çalışan 80 minə yaxın əməkdaşın könüllü iştirakı nəzərdə tutulub.






29 Sentyabr, 2011  20:35 Baxılıb: 929 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner