Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İki məktəbin fəaliyyəti dayandırılacaq

Təhsil ocaqları təmirə dayandırılır

Bakıda fəaliyyət göstərən iki orta məktəbin şagirdləri yaxın müddətdə digər məktəblərə köçürüləcəklər. Bunu cümə axşamı Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib.


Onun sözlərinə görə, paytaxtın 20 və 23 saylı orta məktəbləri əsaslı təmir üçün müvəqqəti olaraq fəaliyyətini dayandıracaq.

3000 şagirdi olan 20 saylı məktəb Bakının ən çox şagird kontingenti olan təhsil müəssisələrindən biridir. Buna görə də 20 saylı məktəbin şagirdləri yaxınlıqdakı bir neçə məktəbə köçürüləcəklər. Hazırda bir neçə növbədə tədris həyata keçirən 20 saylı məktəb təmirdən sonra 1 növbəli olacaq.

BŞTİ rəsmisi bu məktəb binasının hansısa qurumun balansına verilməsi barədə yayılan məlumatların düzgün olmadığını da qeyd edib.

Əliqızı deyib ki, 1800-ə yaxın şagirdi olan 23 saylı məktəb paytaxtın ən çox şagird axını və yüksək nailiyyətləri olan məktəbdir. Təmir zamanı bu məktəbin əsas binasında dəyişiklərin ediləcəyi gözlənilir.

Hər iki məktəb üçün yeni korpusun tikilməsi nəzərdə tutulur.

Əliqızı hazırda hər iki məktəbdə tədris prosesinin davam etdiyini deyib.






29 Sentyabr, 2011  19:10 Baxılıb: 878 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner