Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hidayət Orucov istisna etdi

Hidayət Orucov Qarabağda alban abidələrindən və ermənilərin tarixi saxtalaşdırmasından danışıb

“Tarixi faktlar təsdiq edir ki, dinin siyasətdən uzaq olduğu bütün dövrlərdə müsəlmanlar öz inanclarına söykənərək, digər dinlərin mənsublarına qucaq açıb. Hətta onlara etiqadlarına uyğun yaşamaq üçün yardım göstəriblər”. Lent.az-ın verdiyi məlumata görə bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov söyləyib. O, bunun ən mükəmməl nümunəsinin Azərbaycan olduğunu deyib: “Ölkəmiz hazırda dinlərin mehriban yaşadığı unikal məkandır. Qafqazda sülhün yaranması və qorunması istiqamətində Azərbaycanda mövcud dinlər, eləcə də islam məzhəb və təriqətlər arasındakı münasibətlər yüksək səviyyədədir”.

H.Orucovun sözlərinə görə, Azərbaycan nadir dövlətlərdəndir ki, indiyədək burda dini zəmində hər hansı münaqişə baş verməyib: “Bu gün Azərbaycanda müxtəlif məzhəb və təriqətlərin mənsubları qarşılıqlı hörmət və dostluq şəraitində fəaliyyət göstərir, dini ayin və mərasimləri sərbəst şəkildə yerinə yetirirlər. Eyni zamanda ölkəmizdəki konfessiyalar bütün zərərli meyllərə, ekstremizm ideologiyasına qarşı eyni mövqedən çıxış edərək, birgə fəaliyyət göstərirlər”.

H.Orucov deyib ki, Ermənistanın təcavüzkar siyasətini davam etdirməsi, Azərbaycan ərazisinin 20 faizinin işğal altında saxlanılması, 1 milyon soydaşımızın məcburi köçkün həyatı yaşaması təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına eləsə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə ciddi problem yaradır: “Bu məsələ təkcə Azərbaycanı yox, beynəlxalq təşkilatları, inkişaf etmiş dünya dövlətlərini, xüsusilə Qafqaz xalqlarını yaxından düşündürməlidir. Azərbaycan tarixində böyük bir mərhələni təşkil edən alban abidələri saxtalaşdırılaraq qriqorianlaşdırılıb. İşğal edilən ərazilərdə Alban, Azərbaycan abidələrini özününküləşdirərək, saxta tarix yaratmaq məqsədi güdülür”.

Kilsə və cəmiyyətin qarşılıqlı əlaqələri üzrə şöbə sədri Protrey Vseqond Anatolyeviç Qafqazın müxtəlif din və millətlərin birgə yaşadığı nümunəvi ərazi olduğunu deyib: “Buna sübut Bakıdır. Burda bir çox xalqlar və millətlər tolerant şəkildə yaşayırlar. Azərbaycan sübut edib ki, bütün xalqlar və dinlər tolerant yaşaya bilər”.






29 Sentyabr, 2011  16:56 Baxılıb: 868 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner