Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlikdən "endirim" kompaniyasına ağır zərbə

Bu təqdimatın mahiyyətində fırıldaq olduğu aşkara çıxıb

Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 13 ünvanında Araz Əliyevə məxsus mağazada aparılan yoxlama zamanı, mağazada istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub. Simsar.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istnadən verdiyi məlumata görə, mağazanın ön tərəfindəki pəncərələrdə iri hərflərlə “Bayrama özəl 70% endirim” sözləri yazılsa da, mağazada satılan 9 çeşiddə geyimlərin heç birinin qiymətinə endirim tətbiq edilmədiyi, 8 çeşiddə geyimlərin qiymətlərinə isə mağaza işçiləri tərəfindən endirim tətbiq olunduğu bildirilsə də, həmin geyimlərin etiketlərinin üzərində endirim barədə məlumatların qeyd edilmədiyi aşkarlanıb.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində, mağazanın pəncərələrində yerləşdirilmiş istehlakçıların seçmə sərbəstliyinə təsir göstərməklə istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.






28 Sentyabr, 2011  18:59 Baxılıb: 1043 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner