Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

BMT Ermənistanı bir daha işğalçı hesab etdi

"...Erməni qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ"

APA-nın məlumatına görə, bu barədə BMT-nin Məlumat Mərkəzinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ötən gün BMT Baş Assambleyasında çıxışı və erməni nümayəndəsinin buna reaksiyasına dair məlumatının giriş hissəsindəki qeyddə bildirilib. Qeyddə deyilir: “Azərbaycan və Ermənistandan olan yüksək rütbəli rəsmilər Azərbaycanın bir parçası olan, lakin erməni qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna dair BMT Baş Assambleyasında fikirlərini açıqlayıblar”.

Daha sonra BMT-nin press-relizində E. Məmmədyarovun Azərbaycan torpaqlarının 20%-nin işğal altında olduğu, Ermənistan rəhbərliyinin yeni nəsli müharibəyə təhrik etdiyi və ermənilərin etnik təmizləmə aparıldığı haqda fikirlərinə yer ayrılıb.

Qeyd edək ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə dair BMT-nin dörd qətnaməsi var. Həmin qətnamələrdə Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunur. Qətnamələrin qəbulundan 20 ilə yaxın müddət keçməsinə baxmayaraq, Ermənistan bu tələbi yerinə yetirmir.






28 Sentyabr, 2011  15:44 Baxılıb: 879 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner