Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MİLLİ PARKDA BİR SIRA YENİLİKLƏR OLACAQ

Dənizkənarı Milli Park İdarəsi “Eurovision-2012” yarışması ərəfəsində bir sıra yeniliklərə imza atacaq

Azərbaycanın Dənizkənarı Milli Park İdarəsi “Eurovision-2012” yarışması ərəfəsində bir sıra yeniliklərə imza atacaq. Bu barədə açıqlamasında Dənizkənarı Milli Park İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

O, yeniliklərin müsabiqəyə gələn xarici qonaqların diqqətini çəkəcəyinə əmin olduğunu bildirib: “Gələn il “Eurovision” müsabiqəsinin keçiriləcəyi Bakı şəhərinin ən gözəl, turistlər üçün ən maraqlı məkanlarından biri Dənizkənarı bulvar ərazisi olduğundan, biz də buna çox ciddi hazırlaşırıq. Sevindirici haldır ki, “Eurovision“ müsabiqəsinə qədər Dənizkənarı Bulvar ərazisi daha 2 kilometr genişlənəcək. Artıq bu işlərə start verilib, Bayraq meydanına qədər olan məsafədə genişlənmə işləri aparılır və “Eurovision” müsabiqəsi keçirilən günlərdə Bakıya gələn qonaqlar artıq 4 yox, 6 kilometr ərazini rahat gəzəcəklər”.

N. Məcidov bulvarın yeni hissəsinin də, köhnə hissəsi kimi çox gözəl və möhtəşəm olacağını vurğulayıb: “Piyadalar üçün də, velosiped sürənlər üçün də xüsusi xətt tikilir. Dünyanın ən inkişaf etmiş ölkələrində yeni nə istehsal olunursa, o cümlədən velosipedlər, gəzinti taksiləri, hətta dəniz gəzintisi üçün gəmi alınacaq. Bu istiqamətdə artıq işlər aparılır. İşlərin əsas hissəsi 2011-ci ilin may ayına qədər yekunlaşacaq”.






27 Sentyabr, 2011  18:02 Baxılıb: 1053 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner