Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"İçərişəhər" Tarix-Memarlıq qoruğu daha sıx mühafizə olunacaq

Qoruğun mühafizə zonası yaradıldı

Nazirlər Kabineti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”ni təsdiq edib. Simsar.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun (bundan sonra - Qoruq) mühafizə (bufer) zonasıQoruq ətrafında müəyyən edilən əlavə tənzimləmə sahəsidir.

Zona Nazirlər Kabinetinin 2009-cu il 25 may tarixli 85 nömrəli qərarına əsasən Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi. Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi ilə razılaşdırılmış plan-sxemdə əks olunan ərazini əhatə edir. Zonanın şəhərsalma və təsərrüfat fəaliyyəti üçün istifadəsi məhdudlaşdırılır.

Zonada yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin texniki inventar sənədlərinin surətləri İdarədə saxlanılır. Zonanın müəyyən edilməsində əsas məqsəd YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin tarixi-mədəni irsinin mühafizəsini, Qoruq ərazisində yerləşən abidələrin bədii-estetik görkəmini, onların təhlükəsizliyini, funksional təyinatını və uzunömürlülüyünü təmin etməkdir. Zonada həyata keçirilən işlər Qoruğun statusuna, inkişaf konsepsiyasına, ümumi memarlıq kompozisiyasına uyğun olmalı və Qoruğun mövcud həcm-məkan ölçülərini pozmamalıdır.



Zonanın hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililər yeraltı mədəni təbəqələrlə birlikdə xüsusi hüquqi rejimli sahə hesab olunur. Zonada yerləşən torpaq sahəsi dövlət mülkiyyətindədir və onun bələdiyyəyə və ya xüsusi mülkiyyətə verilməsinə yol verilmir. Zonadan keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldırır.


Zonada yerüstü və yeraltı abidələr üçün təhlükə yarada bilən torpaq, söküntü, tikinti-quraşdırma, yenidənqurma, abadlıq və təmir işlərinin aparılmasına yol verilmir. Zonada torpaq işləri və mühəndis-kommunikasiya xətlərinin çəkilişi Qoruğun mövcud qala divarlarından ən azı üç metr məsafə gözlənilməklə aparılmalıdır. Zonanın ərazisində Qoruğun qala divarlarının, dünya və ölkə əhəmiyyətli abidələrin qarşısında yeni bina və tikililərin inşası qadağandır. Zonada abidələrin bədii-estetik görkəminə, təhlükəsizliyinə, funksional təyinatına və uzunömürlülüyünə xələl gətirməyən inşaat-təmir, işıqlandırma, bədii tərtibat və mövcud infrastrukturun yeniləşdirilməsi işləri İdarənin razılığı ilə aparılır.

Zonada istənilən obyektin və ya qurğunun quraşdırılması yerlərinin müəyyənləşdirilməsi, həmin layihələrin keyfiyyəti və məkana uyğunluğu baxımından qiymətləndirilməsi İdarənin iştirakı və razılığı ilə həyata keçirilir. Görüləcək işlərin həcmi, ünvanı, məzmunu, abidələrə və yeraltı mədəni təbəqələrə ziyan dəyməməsi üçün təhlükəsizlik tədbirləri barədə məlumatlar eskiz və işçi layihəsi əlavə olunmaqla İdarəyə əvvəlcədən təqdim edilməlidir. Layihə üzrə hər hansı bir obyektin (qurğunun) tikilməsi (quraşdırılması) nəzərdə tutulduqda, həmin obyektin (qurğunun) funksional təyinatı, avadanlıqlarının texniki göstəriciləri və iş qaydası, fəaliyyəti nəticəsində mövcud nəqliyyat və mühəndis-kommunikasiya şəbəkəsinə və ətraf mühitə göstəriləcək təsirə dair məlumatlar verilir. Müraciətdə göstərilən işlərin Zonada aparılmasının zəruriliyi əsaslandırılmalı, bu məqsədlər üçün digər ərazilərdən istifadənin qeyri-mümkünlüyünə dair təsdiqləyici sənədlər məlumatlara əlavə edilməlidir.

Təqdim edilmiş sənədlər əsasında İdarə tərəfindən 30 gün müddətində abidələrin təhlükəsizliyi üçün müvafiq qorunma tədbirləri və işlərin görülməsi şərtləri müəyyən edilməklə, onların həyata keçirilməsinə razılıq verilir və ya razılıq verilməsindən əsaslandırılmış şəkildə imtina edilir. Razılıq məktubunda həmçinin İdarənin görüləcək işlərin gedişinə nəzarət və əlaqələndirmə funksiyalarını yerinə yetirəcək səlahiyyətli nümayəndələri barədə informasiya əks olunur. İdarənin razılığı əsasında Bakı Şəhər İcra Hakimiyyəti göstərilən işlərin başlanılmasına icazə verir. Zonada inşaat-təmir işləri aparan fiziki və hüquqi şəxslər arxeoloji tapıntı, yaxud abidə aşkar etdikdə, işləri dərhal dayandırmalı, bu barədə Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, İdarəyə və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verməlidirlər. Bu halda görülməsi nəzərdə tutulmuş işlər Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə davam etdirilə bilər. Nazirliyə və İdarəyə tədqiqat işləri barədə hesabat, abidə, əşya və ya başqa tapıntı aşkar edildikdə isə onun koordinatları və fotoşəkilləri təqdim olunur.

Zonada vaxtaşırı təşkil olunan monitorinqlər zamanı həyata keçirilən işlərin layihəyə, yaxud razılıqda göstərilən tələblərə uyğun aparılmadığı, həmçinin bu Əsasnaməyə və digər qanunvericilik aktlarına zidd olduğu aşkar edildiyi hallarda, həmin işlərin dərhal dayandırılması üçün İdarə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırır. Zonada mühəndis-kommunikasiya xətlərinin çəkilişi və inşaat-təmir işləri aparılarkən zəruri texniki və yanğın təhlükəsizliyi tədbirləri sifarişçinin vəsaiti hesabına görülməlidir. Hüquqi və fiziki şəxslər Zonada qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidirlər.






26 Sentyabr, 2011  17:25 Baxılıb: 1271 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner