Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

AZƏRBAYCANDA YENİ VOKAL SƏS – FOTOSESSİYA

Qazaxıstandan gələn Nargilə Mehdiyeva səsi ilə hər kəsi heyran etdi 

Azərbaycan musiq sənətinin təmsilçisi olmaq arzusu ilə Qazaxıstandan Bakıya gələn Nargilə Mehdiyeva Simsar.az saytının qonağı oldu. Nargilənin mahnılarını dinlədik, canlı ifasını da bəyəndik. Redaksiya heyəti vokal imkanlara malik olan səsin orijinallığına diqqət çəkdilər. Söhbət boyu öyrəndik ki, peşəkar opera solistləri də bu orijinallığı duyublar.

Qazaxıstandan azərbaycanlı xanım və anası Bakıda bəstəkar Sevinc Qasımovanın qonağıdır. Onları redaksiyaya Sevinc xanım gətirdi. Bəstəkar xanım dedi ki, bu səslə onu Rusiyada yaşayan bəstəkar Nazim tanış edib: “Nazimin Nijni-Novqorodda musiqi cəmiyyəti var, orda milli musiqimizi təbliğ edir. Nargilənin səsinə onun təqdimatında internet vasitəsilə qulaq asmışam. Xoşuma gəldi”.

Nargiləni Bakıya dəvət edən S.Qasımova onu bəstəkar və pedaqoq Qasim Xəlilovla tanış edib: “Nargilə bir həftədir Qasim müəllimdən dərs alır. Qasim müəllim Nargilənin səs tempini bəyəndi. Hər dərsdə yeniliklər edir”.

22 yaşlı Nargilə Mehdiyeva Astanada yaşasa da əslən azərbaycanlıdır. İlk dəfə Bakıya gələn qonaq deyir ki, Bakını görmək onun uşaqlıq arzusuymuş: “Bura gəlməyim mənə hələ də yuxu kimi görünür. Yəni mən indi doğma Vətənimdəyəm? Özümü nağıldakı kimi hiss edirəm”.

O, bu il Astanada Humanitar Hüquq Universitetinin beynəlxalq turizm fakültəsini fərqlənmə diplomu ilə bitirib. Turizm sahəsində ixtisaslaşsa da tələbəliyində vokalla məşğul olub: “Bu universitet Astanada ən yaxşı ali təhsil ocağıdır. Hüquq Universitetinə qəbul olsam da, oxumaq istəyi məni tərk etmədi. Bizim universitetdə himn ifa etmək ənənəsi var. Bu himni ifa etməyi mənə və başqa bir tələbə yoldaşıma həvalə etdilər. Fakültəmizdə müxtəlif tədbirlərdə oxumuşam. Universitetdə oxuduğum dövrdə çox sayda mükafatlar almışam. Bizim universitetdə bir kitabça var, ənənəyə görə hər il biliyi ilə fərqlənən 100 tələbənin adı həmin kitabçaya düşür. Artıq ikinci kursda bu kitabda adım vardı. Bundan əlavə universitetin məşhur “Qızıl kitab”ında da imzam var. Bu kitaba hər il cəmi 20 tələbənin adı, soyadı xatirə olaraq qeyd olunur”.

Nargilə danışır ki, oxuduğu universitetdə də vətənpərvərlik haqqında konsrtlər təşkil edib: “Tədbirlərin birində iştirak edən Qazaxıstanın məşhur skripkaçısı rektora deyib ki, bu qız Hüquq Universitetində oxumamalıdır. Onun yeri Musiqi Akademiyasıdır, vokalla məşğul olmalıdır. Hər kəs məni tərifləyirdi, deyirdilər, hüquq ixtisasını bitirsən də incəsənət sahəsində özümü sınayım”.

Musiqi təhsili olmayan Nargilə ikinci təhsilini vokal sənəti üzrə Azərbaycanda almaq fikrindədir. Qonaq bildirir ki, maliyyə dəstəyi olmadığından hələ ki, Bakıya köçməyəcək. Amma vokal dərslərini davam etdirmək üçün tez-tez Bakıya gələcəyini söyləyir.
Bundan əlavə yeni çəkilən serialın ssenaristi Sirac Mustafayev N.Mehdiyevanı baş rolların birinə dəvət edib.

Qazaxıstan şou-biznesinə qatılmaq fikrində olmayan Nargilənin arzusu Azərbaycan musiqisini düyaya tanıtmaqdır. Azərbaycan müğənnilərinin ifasını dinləyir. Dediyinə görə, Azərbaycan dilində mahnılar ifa etmək onun üçün çətin olmayacaq.

“Biz burda da efirə tələsmirik və çox planlarımız var. Onlardan başlıcası vokal dərslərini davam etdirməkdir. Səsi yaxşı olsa professional səhnə üçün da ona düz istiqamət vermək lazımdı ki, gələcəkdə onu “Avroviziya”ya hazırlayaq” – bu fikirləri bəstəkar S.Qasımova deyir.

Nargilənin anası Gülnarə Mehdiyeva qızının uşaqlıqdan incəsənətlə maraqlandığını bildirir: “Uşaqlıqda peşəkar tennislə də məşğul olurdu. 7 il bu sahədə çox gözəl nəticələr əldə etdi. Sonra model agentliyini bitirdi. Yaradıcı qızdır. Nəylə məşğul olursa olsun həmişə deyirdi ki, oxumaq istəyirəm. Bakıda çox gözəl müəllimlə tanış olduq. O dedi ki, bu qızın böyük gələcəyi var”.

Arifə






24 Sentyabr, 2011  14:54 Baxılıb: 3956 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner