Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Xural" Mətbuat Şurasını bəyanat verməyə məcbur etdi

“Mətbuat Şurası İdarə Heyətinin üzvlərinə qarşı həqarət onları seçən ölkə jurnalistlərinə yönələn münasibətin ifadəsidir"

Mətbuat Şurası “Xural” qəzeti ilə bağlı bəyanat verib. Simsar.az saytının məlumatına görə, bəyanatda son günlər qəzetdə Mətbuat Şurası sədrinin və qurumun İdarə Heyəti üzvlərinin şərəf və ləyaqətinin təhqirinə yönələn yazıların dərc olunduğu deyilir. Qeyd olunur ki, məqalələrdə ictimai əhəmiyyət daşıyan şəxslərin tənqidinin yolverilən hüdudlarından tamamilə kənara çıxılır, Mətbuat Şurasının fəaliyyətinə kölgə salmağa, cəmiyyətdəki yeri və rolunu aşağılamağa yönələn yalanlara, böhtanlara və əsassız mülahizələrə meydan verilir, yazıların hər birində ifrat fikirlər, jarqonlar yer alır.

Mətbuat Şurası bildirir ki, “Xural” qəzetində əvvəllər də Mətbuat Şurası barədə həqiqətə söykənməyən yazılar, qərəz və təhqirlər dərc edilib: “Lakin bu proses İdarə Heyətinin 19 sentyabr 2011-ci il tarixli iclasının qərarından sonra daha intensiv şəkil alıb. İdarə Heyəti həmin gün ölkənin müxtəlif bölgələrindən quruma daxil olan şikayətləri araşdıraraq “Xural” qəzetinin adını Mətbuat Şurasının “qara siyahı”sına daxil edib. Qərarın çıxarılmasında bu kütləvi informasiya vasitəsi barədə şikayətlər və “reket jurnalistika”ya qarşı mübarizə komissiyalarının rəyləri əsas götürülüb”.

Bəyanat bu sözlərlə bitir: “Mətbuat Şurası İdarə Heyətinin üzvlərinə qarşı həqarət onları seçən ölkə jurnalistlərinə yönələn münasibətin ifadəsidir. Belə münasibət üçün adekvat cavab yalnız hüquqi müstəvidə ola bilər. Bu, bizim son seçimimizdir”.

2002-ci ildə həftəlik qəzet kimi yaradılmış “Xural” bu il sentyabrın 20-dən gündəlik çıxmağa başlayıb. “Xural”ın rəhbərliyi hesab edir ki, Mətbuat Şurasının qəzeti “qara siyahı”ya salması onun həftəlikdən gündəlik nəşrə keçməsi ilə bağlıdır. Sentyabrın 16-da Mətbuat Şurasının komissiyaları “Xural”a qarşı şikayətlərə baxaraq şikayətçiləri haqlı sayıb, qəzetin adının “qara siyahı”ya salınmasına rəy verib. Sentyabrın 19-da, qəzetin gündəliyə keçməsinə bir gün qalmış isə Mətbuat Şurasının İdarə Heyəti “Xural”ın adını “qara siyahı”ya salaraq bu nəşri “reket” elan edib. "Xural"ın rəhbərliyi bunun təsadüf olmadığını bildirir, bu qərarları qəzetə təzyiq kimi qiymətləndirir.






23 Sentyabr, 2011  15:38 Baxılıb: 993 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner