Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yeni yol nişanları qoyulacaq

Bu günə qədər 5 min yol nişanı çatışmırdı

Respublika əhəmiyyətli yollarda 5 minə qədər yol nişanı çatışmır. Bu barədə cümə günü Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.

"İdarə tərəfindən respublika əhəmiyyətli yollarda yol nişanları ilə bağlı bir müddət əvvəl müayinələr aparılıb. Müayinələr nəticəsində 5 min yol nişanının çatışmadığı, bir qisminin isə yararsız olduğu üçün yeniləri ilə əvəzlənməsi müəyyən edilib", - Əliyev deyib.

O bildirib ki, həmin yolların yol nişanları ilə təmin edilməsi üçün "Azəryolservis"ə İdarə tərəfindən təqdimat göndərilib.

Şöbə rəisi qeyd edib ki, respublikada yeni salınan yollar var ki, həmin yollar da lazımi yol nişanları ilə təmin olunmayıb. Bu yollarda yol nişanlarının quraşdırılması Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.

Rayon, şəhər və qəsəbələrdə isə yol nişanlarının quraşdırılması İdarənin "Siqnal" İdarəsi tərəfindən həyata keçirilir.

Əliyevin sözlərinə görə, yolda hansısa yol nişanlarının qoyulması zəruriliyini müəyyən etmək, yaxud hansısa yol nişanının ərazidən götürülməsi məqsədilə İdarə tərəfindən həmin yolların müayinəsi aparılmalıdır.

Belə bir zərurət yaranarsa müayinənin nəticələri Nazirlər Kabineti yanındakı Yol hərəkəti təhlükəsizliyi komissiyasına göndərilir və komissiya hansısa ərazidə yol nişanının qoyulması və ya çıxarılması barədə qərar qəbul edir.

Yeni yol nişanlarının tətbiqi ilə bağlı suala cavab olaraq Əliyev bildirib ki, hazırda yeni yol nişanlarının tətbiqi məsələsi gündəmdə deyil.

"Bir neçə il bundan əvvəl "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliklərlə yeni yol nişanları təsdiq olunmuşdu. Yeni yol nişanlarının tətbiqi nəqliyyatın sıxlığının artması, müəyyən sahələrdəki inkişafla əlaqədar bəzi ərazilərdə yeni nişanlara ehtiyac yarandığı halda mümkündür. Hazırda belə bir məsələ gündəmdə deyil", - şöbə rəisi vurğulayıb.






23 Sentyabr, 2011  15:38 Baxılıb: 1055 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner