Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

JURNALİSTLƏR TƏHSİL NAZİRLİYİNİN FƏALİYYƏTİNİ TƏFTİŞ ETDİLƏR

“Təhsil nazirliyində köklü islahatlar aparılmalıdır”

“Misir Mərdanov təcili olaraq vəzifədən getməlidir”

“Təhsildə baş qaldıran özbaşınalıq halları bu sahəyə təcili müdaxilə tələb edir”

Mətbuat cəmiyyətin aynasıdır. Elə buna görə də, ölkədə baş verən pozitiv və neqativ hadisələrə ilk münasibət də media əhlindən gəlir.

Qaynar.info oxucu marağını nəzərə alaraq, həftə ərzində ölkənin aparıcı mətbuat orqanlarında çalışan qələm sahiblərinin müxtəlif dövlət qurumlarının fəaliyyətinə dair qənaətlərini bölüşəcək.

Növbəti müzakirə obyekti isə Təhsil nazirliyidir. Qeyd edək ki, artıq illərdir nazirlik haqqında ictimaiyyətdə səslənən neqativ fikirlərə hakimiyyətin yuxarı səviyyəsində də reaksiyalar verilməyə başlayıb. Bir neçə gün öncə nazirin hər üç müavinin birdən işdən azad edilməsini Misir Mərdanovun özünün istefasına zəmin kimi də qiymətləndirənlər var.

“ANN.az” portalının baş redaktoru Zahir Əzəmət hesab edir ki, Təhsil nazirliyində köklü islahatlar aparılmalıdır: “Uzun illərdir mətbuatda çalışıram. İndiyə qədər olan çalışmalarımda Təhsil nazirliyinin fəaliyyəti ilə bağlı informasiya əldə etmək olduqca çətin olub. Nazirliyin telefonlarına zəng edəndə, hər dəfə 7-8 nömrə təklif etməklə, sualdan yayınmağa çalışırlar. Əksər hallarda onların təklif elədikləri nömrələrə ümumiyyətlə zəng çatmır. Hesab edirəm ki, Təhsil nazirliyi ictimaiyyətə çox qapalı bir qurumdur. Təhsil nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadəyə çıxmaq və ondan hər hansı münasibət öyrənmək daha asandır, nəinki spesifik məlumatları dəqiqləşdirmək üçün müvafiq şöbələrdən məlumat almaq.
Dünən informasiya əldə etdik ki, Göyçay rayonunda müəllimlərinin bayram gününü bəhanə gətirərək, əmək haqlarını kəsiblər. Bununla bağlı 20 dəfədən artıq nazirliyə telefon açsaq da, heç bir məlumat ala bilmədik. Bütün bunları nəzərə alaraq söyləmək olar ki, Təhsil nazirliyində köklü islahatlar aparılmalı, təkcə nazirliyin yüksək qatında təmsil olunan şəxslər arasında deyil, aşağı təbəqədə də kadr yerdəyişmələri davam etdirilməlidir”.

“Qafqazinfo.az” portalının baş redaktoru Elbrus Ərud yaxın günlərdə Misir Mərdanovun işdən azad ediləcəyini gözlədiklərini söylədi: “Təhsil nazirliyinin yarıtmaz fəaliyyəti ilə bağlı bir neçə gün öncə saytımızda köşə yazısı ilə çıxış etmişəm. Həmin yazıda bununla bağlı bütün fikirlərim yer alıb. Hesab edirəm ki, Təhsil naziri Misir Mərdanov təcili olaraq vəzifədən getməlidir. Təhsil nazirliyində korrupsiya və rüşvətin miqyası o həddədir ki, artıq hamı Misir Mərdanovun nəinki işdən çıxarılacağını, qanun qarşısında məsuliyyətə cəlb olunacağı günü gözləyir.
Misir Mərdanovun üç müavini bir gündə işdən qovulub. 6 aydır Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi nazirlikdə yoxlamalar aparsa da, hələ də bu yoxlamalar bitmək bilmir. Görünür nazirlikdə olan nöqsanların sayının çoxluğu bu yoxlamaların ömrünü uzadacaq və bu xəmir hələ çox su aparacaq. Nazirlikdə yüksək post tutan bir çox məmurlar həbs edilib. Düşünürəm ki, bu həbslər davam etməlidir. Nazir müavinlərinin həbsi də gözləniləndir, baxmayaraq ki, hələ ki, onlar işdən azad edilməklə xilas ola biliblər. Bütün bunlardan sonra Misir Mərdanovun vəzifədə qalması nonsensdir və mümkün deyil. Əldə etdiyimiz informasiyalara görə, yaxın günlərdə Təhsil naziri işdən azad ediləcək”.

“Simsar.az” portalının baş redaktoru İradə Nürəddinqızı da Təhsil nazirliyinin fəaliyyətini yarıtmaz olaraq qiymətləndirir: “Təhsil nazirliyinin fəaliyyətini qeyri-qənaətbəxş qiymətləndirirəm. Təəssüf ki, nazirlik fəaliyyətini uğurla qura, müasir dövrün tələbləri ilə ayaqlaşa bilmir. Bunun baş verməməsi üçün isə ilk növbədə Təhsil nazirliyində köklü islahatlar aparılmalıdır. Digər tərəfdən məsələyə münasibətdə fərqli yanaşma ortaya qoyulmalıdır. Ümumiyyətlə məktəblərdə dərslərin keçirilməməsi, baş qaldıran özbaşınalıq halları bu sahəyə təcili müdaxilə tələb edir.
Uşaqlar məktəbdə təhsil almaqdan daha çox digər məsələlərlə məşğul olurlar ki, bunun da məsuliyyəti birbaşa Təhsil nazirliyinin üzərindədir. O ki qaldı nazirliyin ictimaiyyətlə təmasına, bu sahədə də vəziyyət ürəkaçan deyil”.






22 Sentyabr, 2011  17:16 Baxılıb: 926 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner