Sabah Bakıda Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsinin 12-ci iclası keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələləri əsas müzakirə obyekti olacaq. Müzakirələrə qatılacaq Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev başçılıq edir.
DİGƏR XƏBƏRLƏR