Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Türkiyə Kiprdə qaz axtaracaq

Bu sahədə müqavilə imzalanıb

Simsar.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, sentyabrın 21-də Şərqi Aralıq dənizində 8 hərbi gəmi göndərən Türkiyə elə həmin gün axşam saatlarında Şimali Kiprlə Şərqi Aralıq dənizində neft-qaz axtarışı ilə bağlı müqavilə imzalayıb. Müqaviləni Nyu-Yorkda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu imzalayıb. Anlaşma Şərqi Aralıq dənizində Şimali Kiprə məxsus şelf sahəsinin sərhədlərini müəyyən edir. Bununla belə, Rəcəb Tayyib Ərdoğan deyib ki, neft-qaz yataqlarının axtarışı gələcəkdə bütün KİPR adasının sahillərini də əhatə edə bilər: “Bu addım Kiprdəki tərəflərinin haqlarının təmin edilməsi çərçivəsində atıla bilər”.

Rəcəb Tayyib Ərdoğan Cənubi Kiprlə əməkdaşlıq edən beynəlxalq neft-qaz şirkətlərinə də xəbərdarlıq edib: “Bu şirkətlər Türkiyədə enerji layihələrinə qoşula bilməyəcək, məhdudiyyətlərlə üzləşəcəklər. Bununla bağlı Türkiyə Enerji Nazirliyi addımlara atacaq”.
Şərqi Aralıq dənizində nefti-qaz axtarışları ilə bağlı Türkiyə hökuməti TPAO şirkətinə icazə verib. TPAO şirkəti kəşfiyyat işini Norveçdən 20 milyon dollara icarəyə götürülən gəmi vasitəsi ilə aparacaq.






22 Sentyabr, 2011  15:20 Baxılıb: 969 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner