Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Oqtay Əsədovla Cəmil Çiçək bir arada

Cəmil Çiçək: "Qarabağ problemi təkcə Azərbaycanın yox, Türkiyənin də qanayan yarasıdır"

Azərbaycanın Ankaradakı səfirliyindən Simsar.az-a verilən məlumata görə, səfər çərçivəsində Oqtay Əsədov və başçılıq etdiyi nümayəndə heyəti ilk olaraq Mustafa Kamal Atatürkün movzoleyi “Anıtkabir”i ziyarət edib, movzoleyə əklil qoyub, xatirə dəftərinə ürək sözlərini yazıb və Qurtuluş Müharibəsi Muzeyi ilə tanış olub.

Azərbaycan nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinə gəlib. Parlament sədrləri Oqtay Əsədov və Cəmil Çiçək təkbətək görüşdən sonra heyətlərarası görüş keçirilib.

Heyətlərarası görüş zamanı C.Çiçək iki qardaş ölkə arasında mövcud olan sıx əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bu əlaqələrin daha da inkişafının zəruriliyindən söz açıb.

O.Əsədov Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin tarixi köklərindən, ümummilli lider Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət iki dövlətdir” müdrik kəlamının əhəmiyyətindən, iki ölkə parlamentləri arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyindən, Azərbaycanın qanayan yarası olan Dağlıq Qarabağ problemi ilə əlaqədar Türkiyənin Azərbaycana olan dəstəyindən, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın konstruktiv səylərindən danışıb.

C.Çiçək Dağlıq Qarabağ probleminin təkcə Azərbaycanın yox, Türkiyənin də qanayan yarası olduğunu vurğulayıb, Türkiyənin Azərbaycana olan dəstəyinin daim davam edəcəyini söyləyib.

Xoş və səmimi şəraitdə keçən görüşün sonra Milli Məclisin sədri Oqtay Əsədov və onun başçılıq etdiyi nümayəndə heyəti Anadolu Mədəniyyətlər Muzeyində olub.

Bu gün axşam Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəkin adından Milli Məclisin sədri Oqtay Əsədov və onun başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət veriləcək. Səfər davam edir.






22 Sentyabr, 2011  14:34 Baxılıb: 860 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner