Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İki ali məktəb imtahandan keçdi

Bu təhsil ocaqlarına 5 il fəaliyyət göstərmək imkanı verildi

Azərbaycan Təhsil Nazirliyi ölkə ərazisində fəaliyyət göstərən iki ali məktəbi - Naxçıvan Müəllimlər İnstitutu və Bakı Avrasiya Universitetini akkreditasiyadan keçirib. Bu barədə Trend-ə çərşənbə günü Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hər iki təhsil müəssisəsinin fəaliyyəti "kafi" qiymətləndirilib və onlar akkreditasiyadan keçilmiş hesab olunublar.

Bununla da nazirlik hər iki məktəbə fəaliyyət müddətinin daha 5 il uzadılması üçün hüquqi təminat verib.

Ümumilikdə Təhsil Nazirliyi 2011-2012-ci tədris ili ərzində 9 ali məktəbi - Azərbaycan Aqrar Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Kooperasiya İnstitutu, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Dövlət Universitetini akkreditasiyadan keçirəcək. Bununla yanaşı, bu il ərzində 11 orta ixtisas təhsili müəssisəsi, 10 peşə liseyi və məktəbi, 11 ümumtəhsil məktəbinin akkreditasiyadan keçirilməsi planlaşdırılır.

Təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır.

Akkreditasiya təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3 il müddətinə) uzadılması üçün hüquqi təminat yaradır.






21 Sentyabr, 2011  19:19 Baxılıb: 950 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner